8 Mart

Kişilər üçün bu ağır gündə hamını xoş gördük!
Əvvəla nəzərinizə çatdırım ki, 50 AZN və Baku Language Business School-da endirim kuponunu reytinqi ən çox artmış adama həvəsləndirici mükafat veriləcəkdi. Bu bir ay ərzində çox maraqlı yazıları ilə hamını sevindirmiş MASON qalib olur və mükafatı qazanır.
Facebookda isə bu bir ay ərzində ən çox like olunan komment müəllifi olan isə www.facebook.com/arzu.velizade adlı xanım olur. Ən çox like olunmuş kommentlərin siyahısına burada baxa bilərsiniz.
Həmçinin 8 Mart bayramı günündə Kayzenin xanım istifadəçilərindən, öz maraqlı və mənalı yazıları ilə çoxlarının sevimli müəllifi olan Xrizoberil də eyni mükafatı qazanır.
Nəzərinizə çatdırım ki, reytinq yarışması hələ də davam edir. 8 Mart tarixi, saat 11 üçün reytinq cədvəli belədir: 8Mart reytinq

İndi isə keçək əsas məsələyə: Bütün qadınların sevimli bayramı mübarək. Həm qadın kayzençiləri,həm də kişi kayzençilərin qadın əzizlərinin bayramını təbrik edirik.
Biz qadınlara nə arzu edə bilərik?Kişilər qadın psixologiyasını yüz illərdir ki,araşdırır,amma onların nə istədiyini bilmirik. Ona görə də elə qadınların özlərinə arzuladıqlarının həyata keçməsini diləyirik.Gülümsəyir
 
8 Mart bayramı- sevimli qadınlarımızın bayramı
 

5 şərh

bahar

Dostlarımız həqiqətən də bu mükafatlara layiqdilər.Hər üçünü təbrik edirəm,siyahıda ayxansevdanı da görmək xoş olardı.
Qadınlarımızı bir daha təbrik edirəm.

təpəgöz
Təbriklər. MASONa NHN bloqunu aktivləşdirdiyinə görə mükafat vermək halaldır.Bu bloqda yenə yarışlar keçirmək lazımdır. Qadınları 8marta görə də təbrik edirəm. Amma kulturologiya bu ay adamın zəhləsini tökdü.
MASON
təşəkkür edirəm, digər fikirlərinlə də tamamilə razıyam)eyni fikirdəyəm
2ral
Kulturologiya bu dəqiqə millətin ən çox ehtiyacı olduğu sahədir. Ondansa poeziya bloqunu qeyd etmək lazımdır. Bundan sonra poeziya bloqunda yerli-yersiz şeirlərə minus veriləcək.
Bakinets
Təbriklər qaliblərə. Poeziyanın yeri yoxdur məncə də.