Aktiv istifadəçilərə pul mükafatı-8 iyun

Hər ay olduğu kimi bu ay da mükafatlandırılma davam edir.Keçən ay deyildiyi kimi, iyunun səkkizinə qədər 1 ay ərzində ən çox reytinq yığmış topik müəllifi mükafatlandırılır. saytımızın yeni,lakin çox aktiv istifadəçisi Originalin yerləşdirdiyi Bir dua,bir sevgi yazısı +17 reytinq yığıb. 50 AZN pul mükafatı ilə mükafatlandırılan Originalı gələn ay görəsən kim əvəzləyəcək? Bu sualın cavabı düz 1 aydan sonra digər ən maraqlı,ən çox reytinq yığmış topik müəllifi olacaq. Çox reytinq yığan topikin qaydası sadədir: maraqlı,insanı düşündürən,copy-paste olmayan,kayzen ideyasına uyğun.
Keçmiş ayda Azərbaycan həm də Eurovision-2011 yarışmasında birinci yeri tutdu. Nigar Türkiyənin bayrağıyla meydana çıxdı,Azərbaycanda gələn il daha çox pul xərcləmək üçün bir şans yarandı, dünyada çox adam Google-da Azərbaycanın hara olmasıyla maraqlandı və s. Hamını təbrik edirik.
Növbəti ay ərzində daha maraqlı,daha faydalı yazılar olacaq. Dostlarımız xüsusilə elmi mövzularda köməklərini əsirgəmir Saytda təcrübəli istifadəçilərdən daha aktiv olmağa,yeni istifadəçilərə kömək etməyə səsləyirik.
Özünüzə yaxşı baxın,çox dondurma yeməyin: xəstələnərsiz!
 

2 şərh

enigmania
yazini oxudum dogurdan da maraqli yazidir, siteni yeni kesf etmisem nece illerdi internet istifadecisiyem milli sitelerden hazirda istifade etmirem, kayzen ise xosuma geldi, ugurlar…
2ral
Saytda daha bir yeniliyi yəqin ki görmüsünüz: artıq sağ tərəfdə müvafiq olaraq bəzi məqalələr daha cəlbedici şəkildə görünəcək.