Saytda pul mükafatı-8 May

Hər ay ən yaxşı istifadəçilərin mükafatlandırılması davam edir. 8may cədvəlində reytinqi bir ay ərzində ən çox artmış və mükafata layiq istifadəçilərin siyahısı var.

burla_xatun onsuz da saytdan hər ay pul alır,ona görə də ona pul düşmür:) Buna görə də qərara gəldik ki,bu ay ərzində reytinqini ən çox artırmış ayxansevda, MAksimus və MASON hər biri 30 AZN ilə mükafatlandırılır. BLBS kurslarında bizim istifadəçilərlə anlaşılmazlıq və s. yarandığına görə bu dəfə pulu birbaşa olaraq Kayzendən alacaqlar.

Gələn ay yarış yenə davam edir,amma bu dəfə ən çox reytinq yığmış topik müəllifi 50 AZN yaxud Bakıda tapılmayan kitablar (əgər qalib istəsə) alacaq. Yazıda şəkilləri,videoları olan, qrammatik səhvləri olmayan,tərtibatı gözəl və çox maraqlı topiklərin reytinqini plyuslayın. Qoy Kayzendə maraqlı məqalələr çox olsun.

Keçən ay ərzində Ərzaqlar bloqu tam istifadəyə verildi,xeyli maraqlı yazılar qoyuldu,Sən demə bloqu yeniləndi.Əgər özünüzü yaxşı aparsanız, Süni İntellekt yaxın vaxtlarda saytda sizi bir çox şeylərlə sevindirəcək.

Həmçinin bax: 8aprel pul mükafatlandırılması

 

2 şərh

MASON
Təşəkkürlər.Ama mənim NHN suallarım niyə silindi bilmədim də)))
elshad

Mükafatçıları təbrik edirəm .Mükafatlar Şuşanın işğal günündənsə 10 mayda verilsəydi daha yaxşı olardı .