Rəsmi anons-8 oktyabr

Kayzençilər,salam.
Həmişə olduğu kimi bu ay a ən maraqlı məqalə müəllifini mükafatlandırmaq davam edir. Sentyabrın 8-dən bu yana çox maraqlı yazılar qoyulub.Amma onların arasında ən çox səs toplayanı bir pritçanı yazmış Nailə Rzayeva oldu. 50 AZN həvəsləndirici müjafat ona verilir.
Bu ay kino haqqında topiki ilə sevindirmiş Türkələ 2 nəfərlik bilet də hədiyyə olunur.Qoy kino haqqında icmalını bizimlə paylaşsın.


UPD.
Saytda son dövrlərdə mikrobloqları ilə bizi sevindirmiş Maksimus və yravil də kinoteatra bilet qazanır.

UPD2.

Son vaxtlar saytda maraqlı məqalələr yerləşdirmiş Original, Xrizoberil,Gülnar,Bakinec də sabah olacaq kinoseansa bilet əldə edir.

UPD3.
Ferbara,Silen_ce,Qını,umud600,Bakılı, Zeyneb_Ehmedova, luminat,Zeynal da dəvətlidir.

Hazırda daytın istifadəçilərinin üzərinə böyük məsuliyyət düşür.Saytda mükafatlandırmaya cavabdeh olan adam karantində şaqat edərək marş oxuyacağı üzrlü səbəbdən olmayacağı üçün müvəqqəti olaraq dayandırılır.Saytı başsız qoymayın Saytda maraqlı və faydalı kontent yerləşdirməkdə yardım edin,səhvi olanların səhvini göstərin.

UPD4.
Filmin adı: Təqib
Başlanma tarixi:14:00
Zal:1
Ölkə: ABŞ
İl: 2011
Rejissor: Con Sinqlton
Baş rollarda: Teylor Lotner, Lili Kolinz, Alfred Molina, Ceyson Ayzeks.
Janr: savaş, triller, drama, detektiv

Bilet hədiyyə olunur:
  • Cavid,
  • luminat,
  • Xrizoberil,
  • Ferbara,
  • Silen_ce.
  • Zeynal,
  • Bakinec,
  • Original,
  • Gülnar,
  • Nailə Rzayeva,
  • Maksimus,
  • yravil,
  • Qını,
  • umud600,
  • Zeynəb Əhmədova,

 

21 şərh

Cavid
Ümid edirəm ki, mən gedəndən sonra da kayzençilər məni unutmayacaq)
ORIGINAL
Qalibi ürəkdən təbrik edirəm.Çox layiqli oldu...
Cavid,əlbəttə ki,unutmarıq))Şəxsən mənim saytda xüsusi hörmət etdiyim bir neçə üzvdən birisən.
Hərbi xidmətini də sağ-salamat başa vurasan,saytı da mən də daxil olmaqla maraqlı olmasında,üzvlər mümkün dərəcədə əlindən gələni edir və edəcək.
ORIGINAL

səgvi olanların səhvini göstərin.


Kayzen,oldu,səhvi olanların səhvini göstərərik)

Zahid_GDMLI
Qalibi təbrik edirəm.Maraqlı yazı idi.
Cavid

Hərbi xidmətlə əlaqədar olaraq Kayzendə əvvəlki kimi fəal ola bilməsəm də,istifadəçilərin çoxunu xoş xatirələrlə xatırlayacağam.
Sabah ParkBulvarda yerləşən Parkcinema kinoteatrında adı yuxarıda qeyd edilənlərdən başqa saytda son zamanlar aktiv olmuş Ferbara,Silen_ce,Qını,umud600,Bakılı, Zeyneb_Ehmedovanı da sabah olacaq Погоня filminə baxmağa dəvət edirəm.

BaKiNeC
Salam Cavid.Axşamın xeyir.Mende ilk növbədə qalibləri səmimi qəlbdən təbrik edirəm.Daim maraqlı ve gözəl malumatları ilə bizləri sevindirən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm.İndi sə Cavid qardaşımız VƏTƏNƏ olan borcunu ödəməyə gedir.ALLAHdan qardaşımız üçün çoxlu dualar edek əziz istifadəçilər.)İnşALLAH sağ salamat gedib sağ salamat ailəsinin,doğmalarının və əziz DOSTlarının yanına qayıtsın.Rəhmli və Mərhəmətli olan ALLAHın nəzəri daim sənin olsun Cavid.AMİN.
Xrizoberil
Adları çəkilənlərin hər birini təbrik edirəm…
MaksiMuS
mende tebrike qowuluram.Devete göre minnetdaram.Çalisacamki sabahki tebrikde istirak edim.Alinmasa uzrlu hesab edin.Sizlerle real heyatda tanis olub unsiyet qurmaq menimcun cox xos olacaq.Ugurlar
Cavid
Təşəkkürlər bir daha, sabah hamının gələcəyinə inanıram, dəvət olunan yerə getmək ən azından hörmət əlamətidir, see you )
Ferbara
Kayzen saytında həmişə maraqlı, orijinal ideyalı üzvlər olub. Buna səbəb də onun yaradıcılarının fərqli düşüncəli olmasıdır. Burda özümü rahat hiss edirəm və buna görə sizə təşəkkür edirəm. Dəvətiniz üçün minnətdaram.
Cavidə isə əsgərliyini uğurla başa vurub qayıtmasını arzi edirəm. :)
Ferbara
Nailə Rzayeva, təbrik edirəm. Uğurların bol olsun!
yravil
Qalibi təbrik edirəm,kayzençilərə ugurlar.
Nailə_Rzayeva
Aaaaaaaaaaa, çox sağ olun, mən indi oxudum, deməli filmə gecikdim?
Xrizoberil
təəssüflər ki bəli… film çox maraqlı idi. gəlməyənlər çox şey itirdilər)))
tenqo
Acıq verirsiniz? :)
Xrizoberil
əstafurullah nə haddimə ;)))) sadəcə öz fikrimi bildirdim :)
luminat
Çox yaxşı təklifdir. Amma mən üzrlü səbəbə görə gələ bilmirəm.Mesajda bunu yazmışdım.
Əvəzini bir gün çıxıb sizi kinoteatra dəvət edərəm.
BaKiNeC

Məndə kinoya çata bilməsəmdə Cavid qardaşımızla gəkib görüşə bildim.Qismət olmadı bu səfər.Amma yenə gecdə olsa söz verib gəldim görüşə.İnşALLAh gələn səfər salamatçılıq olsun mütləq gələcəm.İşlər imkan versə adama ))).

Qını
Təşəkkür edirəm.Amma bele şeyləri əvvəldən demək lazım idi.Məndə sayta gec-gec girirəm.Ona görə gələ bilmədim.Qalibi təbrik edirəm.
Cavid

Əziz dostlar. 
Əvvəlcə bugün gələn hər kəsə təşəkkür edirəm, düzdür gözlədiyimdən çox az insan gəlmişdi və bu məni çox məyus etdi, üzürlü yaxud üzürsüz səbəbdən iştirak edə bilməyənlərin hər halda özlərinin hansısa səbəbi olub. Ancaq hər halda hər şey yaxşıdır. Kayzenə dəstək olmuş lakin qeydiyyatdan keçməyən bir çox insanlarla da bugün əlaqə saxlamışam. Yaxşı ümidlərlə ayrılıram. İnanıram ki,mən burda olmadığım müddətdə hər şey yaxşı olacaq və siz hər zamankı kimi öz dəstəyinizi verəcəksiniz. Özünüzə yaxşı baxın.

tenqo

Həmişəki kimi anonslardan gec xəbərdar oldum. Təbrik edirəm qalib və mükafat sahiblərini, çox gözəl hədiyyədir. Cavid, sənə də uğurlar və sağ-salamat gedib gələsən.