Həyatdan bir kadr - Real hadisələr əsasında çəkilmiş 10 film

  • Kino
Real hadisələr əsasında çəkilmiş filmlər sizə filmdən zövq almaqla yanaşı həyata baxışınızı da dəyişəcək. Tərtib etdiyimiz bu siyahı xüsusilə dram və dedektiv janrını sevənlər üçün əvəzolunmaz tapıntı olacaq. 
Sizi dərin hisslərə və düşüncələrə qərq edəcək filmləri təqdim edirik.

Popcorn-ları hazırlamağa başlayın :)

1. The Pursuit of Happyness 



Real hadisədən ilhamlanıb çəkilən bu film, bəlkə də sizin həyata baxışınızı dəyişəcək.
Kris Qardner adlı şəxs ailəsini qoruyub saxlamağa çalışan amma bunda uğursuz olan yalnız atadır. Krisin 5 yaşında oğlu var və onun yeganə arzusu, övladını rahat və xoşbəxt böyütməkdir. Amma həyat ona davamlı çətin sınaqlar hazırlamağa davam edir və bir gün satıcı işlədiyi üçün kirayə pulunu ödəyə bilmir evdən çıxarılırlar.
Hər gün daha da geriyə gedən Kris, gələcək vəd edən iş axtarır. Və həyatının axışı da elə burda dəyişir...


2. Forrest Gump

Avtobus dayanacağında oturan Forrest Qamp, yaşına görə əqli inkişafı olmasa da mehriban və açıqsözlü oğlandır. Dayanacaqda rastlaşdığı təsadüfi yad adamlara qeyri-adi həyatının hekayəsini bölüşür.
Uşaqlıqdan ayaq xəstəliklərindən əziyyət çəkirən Forest sakit təbiətli bir uşaqdır. Qonşuluqda yaşayan dələduz oğlanlar daim ona sataşırdı. Lakin bu vəziyyətdən bezən Forest, çıxış yolu axtarır və çıxış yolunu, özünü məcbur edərək, bu çətin vəziyyətdən qaçmaqda görür. Və özündə inanılmaz qaçmaq qabiliyyətini kəşf edir. Uşaqlıqdan dostluq etdiyi Cenni adlı qız həmişə onu dəstəkləyir. Amma illər keçir və həyat onların yolunu ayırır...
Bu hadisənin real olduğunu bilirdiniz ? 


3. Race


1936-cı il Nasist Berlin Olimpiadasına gedən qaradərili idmançı… Cessi Ouensin...

Gənc və istedadlı Cessi sürətli qaçışı ilə diqqət çəkir və «Ohio» universitetinə dəvət alır. O, universitetdə məşqçi Larrinin diqqətini çəkir. Gənc idmançı Cessi idman sahəsində karierasını qurmağı və sevgilisi Rutla evlənməyi planlayır. Cessi Berlində keçiriləcək Yay Olimpiya oyunlarına əzmlə iştirak etmək üçün haqq qazanmağa çalışır, eyni zamanda sözügedən illərdə, üstəlik Almaniyada daha da qızğın olan irqçiliklə mübarizə aparır. Cessi fasiləsiz hazırlıqlarının bəhrəsini görür və Berlində keçiriləcək yarışda iştirak etmək haqqı qazanır.
Amma bu onun üçün hələ son çətinlik olmayacaq....
Çünki qaradərili olduğu üçün onun məğlubiyyətini gözləyən minlərlə, milyonlarla insan var… Cessi ümidli, həyəcanlı, gərgin, qısacası qarışıq hisslərlə bu etapdan keçib keçməyəcəyini düşünür...


4. The Green Mile


Paul Edgecomb, «Soyuq Dağ» həbsxanasında ölüm hökmünün rəhbəridir, məhbusların hər biri bir dəfə edam yerinə gedən yolda «yaşıl mil»i qət edir. Paul işlədiyi müddətdə çoxlu məhbus və mühafizəçi görmüşdür. Bununla belə, dəhşətli cinayətdə ittiham olunan nəhəng Con Koffi blokun ən qeyri-adi sakinlərindən birinə çevrilir...


5. Bohemian Rhapsody


Planetin ən sevilən sənətçilərindən biri olmaq üçün stereotiplərə meydan oxuyan Queen, onların musiqisi və fövqəladə vokalçısı Freddie Mercury.
Film onların ikonik mahnıları və çılpaq səsləri, Merkurinin həyat tərzinin nəzarətdən çıxması ilə qrupun dağılmaq üzrə olması və bir çox məqamları özündə əks etdirir.


6. The Founder


Dünyanın ən tanınmış «fastfood» restoran şəbəkəsi olan "McDonald`s"ı yaradan Reya Krokanın həyat və biznes hekayəsi.


7. The Theory of Everything



Böyük sevgi və böyük kəşflərin hekayəsi...
Gənc fizika tələbəsi Stiven Hokinq gələcək sənətşünas Ceyn Uayld ilə tanış olur. Professorlar Stiveni ingilis kosmologiyasının gələcəyi kimi görürlər. Əyləncəli görüşlər, dostlarla gəzintilər, axşam işıqlarında rəqs etmək və fizikadan, Tanrıdan və sənətdən danışmaq keçmişdə qaldı.
Hokinqə dəhşətli Lou Qerriq diaqnozu qoyuldu.
Amma bu Stiveni təlaşlandırsa da onun üçün əsas olan beyin və düşüncədir...


8. The Walk


Siz hündürlükdən qorxursunuz ?
Özünüzü heç bir sığorta olmadan 400 metrdən çox hündürlükdə ip üzərində gəzdiyinizi təsəvvür edə bilərsiniz ?
Külək cərəyanları üzərinizə əsir, aşağıda isə şəhər və yuxarıya doğru yönəlmiş minlərlə həyəcanlı baxışlar.
1974-cü ildə fransız kəndirbazı Filipp Petit ağlasığmaz bir hərəkət etməyə cəsarət etdi.
Nyu-Yorkun əkiz qüllələri arasında uzanan iplə sığortasız gəzmək üçün hazırlıqlara başladı. Ölüm riski ilə üz-üzə qalan Filipp, onu izləyən insanlara dəhşətli anlar yaşatdı.


9. Whitney Houston: I wanna dance with somebody


Əfsanəvi Whitney Houston...
11 yaşından etibarən Nyu-Yorkdakı Baptist Kilsəsinin "İncil" xorunun solisti olan Houston 19 yaşında gecə klubunda anasının yerinə çıxış edir. Whitney, o an klubda olan səsyazma şirkətinin nümayəndəsində silinməz təəssürat yaradır. Beləliklə, onun böyük karyerası başlayır. Amma bu uğuru əldə etdikdən sonra Whitney çox çətin sınaqlardan keçir... 


10. Women of the Movement


1955-ci ildə dəhşətli cinayət hadisəsi baş verir. Yeniyetmə qaradərili bir oğlan, göldə öldürülmüş halda tapılır. Təbii olaraq irqçiliyin baş aldığı bir yerdə, sözügedən illərdə qaradərili bir insanın ölümü ağdərili insanın ölümündən daha maraqsız və dəyərsiz idi... 
Bu səbəbdən törədilmiş cinayətin kimlər nə və səbəbdən törədildiyini istər sadə vətəndaşlar istərsə də qanun keçikçiləri gizlətməyə, ört-basdır etməyə çalışırlar. Amma övladının ölümü ilə dünyası dağılan  Memi Till Mobli, sıradan qaradərili xanım olmasına hətta səsvermə hüququnun olmamasına baxmayaraq oğlunun ölümünə səbəb olanları tapmaq üçün çətin yollara baş qoyur. 
 

0 şərh