Рейтинг
0.00

Materiklər və qitələr

21 üzv, 24 topik

Cәnubi Amerikanın relyefi

Cənubi Amerikanın qərbində Sakit okean sahili boyunca dünyanın ən uzun dağ sistemi olan (təqribən 9000 km) And dağları uzanır. Bu dağlar Karib dənizi sahillərindən Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edir. Odlu Torpaq adaları da And dağlarının davamıdır. Sıra dağlar arasında ensiz dağarası çökəkliklər yerləşir. Yalnız 20° c.e dairəsi boyunca sıra dağlar arasında məsafə artır, geniş platolar – Altiplano yaranır.
Altiplano – And dağlarında, Boliviya və Çili sərhədində yerləşən yüksək yayladır. Burada iqlim quraqdır və ağac bitkiləri yoxdur. Altiplano quraqlığa davamlı bitkilərlə örtülmüşdür.


Davamı →

Şimali Amerikanın relyefi

Şimali Amerikanın qərbi üçün dağlıq və mərkəzi üçün isə düzənlik relyef səciyyəvidir. Qərbdə ən böyük dağ sistemi Kordilyerdir. Onlar Sakit okeanın sahilləri boyunca şimaldan cənuba 7000 km-ə qədər uzanır. Bu dağlar Kanada, ABŞ, Meksika və Mərkəzi Amerika ölkələrinin ərazilərindən keçir.


Davamı →

Asiyanın relyefi

Asiya qitəsi oroqrafik cəhətdən (relyef quruluşuna görə) dünyanın ən mürəkkəb regionudur. O, tektonik cəhətdən sabit ərazilərdən – platforma və fəal zonalardan – geosinklinallardan ibarətdir. Platformalar litosfer tavalarının mərkəzində – tavaların sərhədlərindən uzaqda yerləşən hissələrdir. Onlar Yer qabığının daha sabit, yəni seysmik hadisələrin zəif olduğu, yaxud heç müşahidə olunmadığı sahələridir.


Davamı →

Avropanın relyefi

Avropa Avrasiya materikinin qərb hissəsində yerləşən qitədir. Qitədə regionlar relyefinə görə bir-birindən kəskin fərqlənir. Şimali Avropada yerləşən qədim Skandinaviya dağları bütün Skandinaviya yarımadası boyunca uzanır. Bu dağlar yüksək deyil, onların ən hündür zirvəsi – Qalxepiggen dağıdır (2469 m).

Skandinaviya yarımadası 20 min il əvvələ qədər buzlaqlarla örtülü olmuşdur. Hazırda bu ərazilərdə belə buzlaqlar yoxdur, lakin buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formaları geniş yayılmışdır. Bunlar moren tirәlәri, tәpәlәri və troq dәrәlәridir. Buz örtüyü əridikdən sonra okeanda suyun səviyyəsi qalxmış, sahilboyu dərələr su altında qalmışdır. Dərələr körfəzlərə çevrilmişdir. Quruya daxil olmuş bu ensiz və dərin körfəzlər fyordlar adlanır.


Davamı →