Badamlı alma tortu

Ərzaqlar:
 -4 yumurta
-175 qr şəkər
-175 qr un
-1 xörək qaşığı qabartma tozu
 
Üstü:
 -100 qr badam
-4 xörək qaşığı bal
 
İçi:
-1 paket vanilli ya da limonlu krem
-500 qr çiy krem və ya şanti kremi
 
Hazırlanması:
1.Sobanı 175 dərəcə isidin.
2.Yumurta ağlarını çırpın və içinə sarılarını əlavə edib qarışdırın.
3.Şəkəri əlavə edərək qarışdırmağa davam edin.
4.Axırda unu və qabartma tozunu qarışdırın.
5.Xəmiri yağlanmış bağlı qalibin içinə tökün. Üstünə badamları düzün.
6.Təxminən 25-30 dəqiqə badamlar qızarana qədər bişirin.
7.Sobadan çıxardıqdan 2-3 dəqiqə sonra bıçaqla ortadan ikiyə bölün və  soyumağını gözləyin.
8.Kremi qatı qarışıq olana qədər qarışdırmağa davam edin.
9.Qarışığı biskvitin üstünə yayıb, üst qatını  qoyun
10.4 qaşıq balı isidib, tortun üzərinə çəkin.
 
-Tort səhərə qalarsa,üzərini bağlamayın, ya da hava keçirən qapaq istifadə edin.
-Kremin içinə bişirilməyən pudinqlərdən əlavə edilir, hətta çiyələkli, vanilli, bananlı və.s. qarışıq da əlavə edə bilərsiniz. Nuş olsun!

Müəllif: Səbinə
 

0 şərh