Kişmişli keks

Tərkibi:kişmişli keks
Yumurta -2 ədəd
Duru yağ -2 xörək qaşığı
Soda — 1 çay qaşığı
Qatıq — 1 stəkan
Şəkər — 1 stəkan
Un — 2 stəkan
Vanil — 1 paçka
Kişmiş — yarım kasa(balaca kasa)

Hazırlanma qaydası:
İri bir qabda yumurta və şəkəri mikser vasitəsilə ağarana kimi çalın. Ayrı bir qabda qatıq və sodanı qaşıq vasitəsilə qarışdırın.
Qatıq qarışığını yumurtalı qarışığın üzərinə tökün. Və duru yağı və vanili də bura əlavə edin və mikserlə 1 dəqiqə çalın.(ərzaqlar qarışsın) Ən sonda unu ələk vasitəsilə qarışığın üzərinə ələyin və qarışdırın. Kişmişləri də təmizləyin, yuyun, qurulayın.
Peçi əvvəlcədən 180 dərəcə isidin. Keks qabını duru yağla hər yerini yağlayın. Xəmiri qaba tökün. Üzərinə kişmişləri səpin və çöp (kibrit çöpü ola bilər) vasitəsilə xəmirin içinə basın ki, bişən zaman kişmişlər üzdə qalıb yanmasın.
Keks qabını peçin alt gözünə qoyun. Əvvəlcə keks şişəcək sonra altı və qıraqları qızaracaq. Qıraqları qızarandan sonra peçin üst hissəsinə qoyun üstü qızarsın. Kişmişli keksimiz hazırdır. 
Nuş olsun!
 

1 şərh

naninka

Hazırlanması rahat gönünür.Yoxlayacam… :)