Mini lahmacun

Ərzaqlar:

1 stəkan süd
1 armudu stəkanı qatıq
1 armudu stəkanı zeytunyağı
1 ədəd yumurta1 desert qaşığı maya
1 y.qaşığı şəkər tozu
1 desert qaşığı duz
4 stəkan un
                   

Qıymə iç üçün:

300 qr qıymə
1 ədəd soğan
2 ədəd yaşıl bibər
1 ədəd pomidor
Cəfəri
Qara bibər
qırmızı bibər
Duz


Hazırlanması:

Xəmir vəsaitlərini bir qabda qarışdırın və xəmiri hazırlayın üzərini paketlə bağlayın mayalanmağa buraxın. Xəmir mayalanınca xəmiri rulo halına gətirin 1 barmaq qalınlığında dilimlərə ayırın. Dilimləri yağladığınız tavaya düzün. Barmaqlarınızla xəmirin ortasına basdırın çuxurlaşdırın. Hazırladöınız qıymalı içlikdən qoyun əlinizlə təkrardan basdırın və 15 dəqiqə gözlədin. 200 dərəcəlik sobada bişirin

 

 

 

0 şərh