Kəsmikli desert

Tərkibi:
4 çay qaşığı jelatin
3 portağal
250 qram 30-35%-li qaymaq
3 xörək qaşığı bal
1 stəkan portağal şirəsi
300 qr kəsmik. 

Hazırlanma qaydası:
Bir qabda jelatini yarım stəkan su ilə isladın. Portağalın qabığını soyun və bir az suda 15 dəqiqə qaynadın. Kəsmiyin üzərinə 3 xörək qaşığı bal və 1 stəkan portağal şirəsi əlavə edib mikserlə çalın. Qaymağı ayrı qabda mikserlə qarışdırın.

Soyulmuş portağal qabığını kəsmiyə əlavə edin. Jelatini bir az qızdırın və qaymaqla birlikdə kəsmikli qarışığa əlavə edin. Portağalları qabıqdan təmizləyin və dilim formasında doğrayın. Dördkünc formalı qaba qida kağızı qoyun üstünə portağal dilimlərini düzün. Qarışımı portağalların üstünə əlavə edin. 12 saat soyuducuda saxlayın. Sonra üzərinə sürtgəcdən keçirilmiş portağal qabığını səpin.
 

0 şərh