"Vaflili tort"

 Tərkibi:
— 10 vaflili korj
— 1 banka «squşonka»
— 200 qr kərə yağı
— 1 paket vanilin
— 1 x.q kakao


"Vaflili tort" (foto-resept)

Qlazur:
— 4 x.q. xama
— 4 x.q. şəkər tozu
— 2 x.q. kərə yağı


— 2 x.q. kakao
Hazırlanması:
Yumşaq kərə yağı ağarana qədər mikserlə çalınır, hissə-sissə «squşonka», vanilin, kakao əlavə olunur, yaxşı çalınır.
Korjlara nazik layla krem çəkin.


Qlazur hazırlayırıq: inqrediyentləri qarışdırın, su hamamında qarışdıra-qarışdıra həmcins kütlə alınana qədər bişirin. Sonuncu korjun üzərinə və böyürlərinə krem və qlazur çəkin.
Tortu xırdalanmış qozla bəzəyin.


Tortu hazırladıqdan dərhal sonra yemək olar. Yumşaq vafli xoşlayırsınızsa, 20-30 dəqiqə gözləyin.
Nuş olsun!

 

0 şərh