Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Mesopotamiya mədəniyyəti

Mesopotamiyanın ilk sakinləri təxminən b.e.ə. 40-cı minillikdə məskunlaşmışlar. İnsan qruplarının bir hissəsi mağaralarda yaşayaraq dağ keçisi və qoyunlarının ovu ilə məşğul olurdu. Yalnız b.e.ə. X minillik müəyyən dəyişikliklərlə müşayiət olunur – insanlar torpaqla işləməyə başlayaraq oturaq həyat tərzinə keçirlər. Bu həyat şəraiti onların özləri üçün komalar, çiy kərpicdən evlər inşa etməsinə imkan yaradır. Beləliklə, b.e.ə. VII minillikdə artıq Mesopotamiya ərazisində torpaqla məşğul olanlar məskunlaşmağa başlayır. Cəmiyyətin bundan sonrakı inkişafı sürətlə tərəqqiyə doğru irəliləyir.
B.e.ə. IV-III minillikdə ilk şəhər-dövlətlər yaranmağa başlayır: Ur, Uruk, Kiş, Laqaş, Nippur, Akkad belələrindəndir.
Şəhərlərin çoxu şumerlər tərəfindən qoyulduğu üçün həmin mədəniyyəti şumer mədəniyyəti kimi adlandırmaq qəbul edilmişdir. Şumerlərin irqi mənşəyi dəqiq məlum deyil. Aparılan arxeoloji qazıntılar zamanı tapılan kişi və qadın təsvirləri onların Aralıq dənizi və Qafqaz irqinə mənsub olması haqqında ehtimal irəli sürməyə əsas verir.


Ardı →

Qloballaşma sosio-mədəni reallıq kimi

XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səciyyəvi xüsusiyyətləri kimi aşağıdakı amilləri göstərmək olar:

  • iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sərhədlərinin genişlənməsi prosesinin intensifikasiyası;
  • soyuq müharibədən sonra yeni tarixi mərhələnin başlanğıcı;
  • dünya iqtisadiyyatının transformasiyası;
  • qeyri-liberal iqdisadi proqramların siyasi demokratizasiya proqramlarılə əlaqələndirməsi nəticəsində amerikan
  • dəyər sisteminin üstünlük təşkil etməsi;
  • ortodoksal(bir məsləkin sabitliyi və ardıcıllığı) ideologiya;
  • texnoloji inqilab;
  • milli dövlətlərin qlobal problemlərin (demoqrafik, ekoloji, insan hüquqları və nüvə silahının yayılmasının qarşısının alınması) həlli qarşısında acizliyi.

Ardı →

Azərbaycan mədəniyyətinin inkişaf problemləri

Müasir Azərbaycan mədəniyyətinin xüsusiyyətləri bir sıra cəhətləri ilə diqqəti cəlb etməkdədir. Əvvəla, xalqın həyatında baş verən milli, siyasi oyanışlar, tarixi dövrün səciyyəsi həmin xüsusiyyətlərin mahiyyətini kəsb edirdi. Bu mənada XX əsr milli təfəkkür tarixində mürəkkəb bir hadisə kimi diqqəti cəlb edir. Belə ki, milli təfəkkür təkcə Qərb yönümü ilə Şərq yönümünün münasibəti üzərində düşünməklə qalmırdı, onun öz daxilində mübarizə gedirdi: klassik təfəkkür (Şirvan mühiti) Şərq yönümü ilə ittifaqa girib vaxtilə intibah mədəniyyətini yaradan (və yeni zamanda intibahın məhsulu olan) folklor (xalq) təfəkkürünü sıxışdırmışdı.
XX əsrin 20-ci illərindən başlayaraq şifahi xalq ədəbiyyatının toplanıb nəşr edilməsi, bolşevik inqilabının qələbəsilə əlaqədar olaraq ümumi mədəniyyətin ictimailəşməsi (kütləviləşməsi) demokratik olanı normalaşdırır.( N.Cəfərov – «Ədəbiyyat və incəsənət» qəzeti, 1978, 11 mart.)
Azərbaycan mədəniyyətinin məhz bu dövrünün daxili dinamikası bir daha sübut edir ki, bu tarixi mərhələdə ən müxtəlif, hətta bir-birini inkar edən bədii mövcudluqlar bəzən ardıcıllıqla, bəzən də paralel olaraq ortaya çıxmışlar.


Ardı →

Elitar və kütləvi mədəniyyət anlayışları. «Elitizm» və «kütləvi cəmiyyət» nəzəriyyələri

«Dünyada heç vaxt əsil bərabərlik olmayacaq. İnsanların bir qismi rəhbərlik etmək üçün, çoxluq təşkil edən digər qismi isə tabeçilik altında yaşamağa təhkim olmuşdur. Bu isə elita və passiv kütlənin olmasını zəruriləşdirən ən mühüm şərtlərdir» – bu kiçik ifadə müasir ideologiyanın mədəniyyətin müəyyən hissəsi haqqında irəli sürdüyü nəzəriyyənin xülasəsidir.
«Elita», «kütləvi cəmiyyət» – bu anlayışlar müasir sosioloqların, mədəniyyətşünasların əsərlərində təcəssüm tapan mövzulardır. «Elitizm» və «kütləvi cəmiyyət» mövzularına toxunaraq bu nəzəriyyəçilər bəşəriyyətin tarixi, strukturu və müasir cəmiyyətin sosial dinamikasını aydınlaşdırmağa cəhd göstərirlər. Amerikalı sosioloq U.Kornhauzer təsdiq edir ki, bu anlayışlar müasir mədəniyyətşünaslıq və sosioloji ədəbiyyatlarda əsas hadisələrdən birinə çevrilmişdir.


Ardı →

Mənəvi mədəniyyətin tərkib hissələri

Mənəvi dəyər əqli və bədii fəaliyyətin növləri ilə təzahür edir. Sözsüz ki, hər yaradıcılıq nümunəsini mənəvi dəyər kimi qiymətləndirmək düzgün olmazdı. Burada əsas meyar mədəni məhsulun ictimai əhəmiyyəti ilə ölçülür. Məsələn, adi qabiliyyətsiz rəssam tərəfindən təsvir olunan tablo və ya rəsmi sənət əsəri hesab etmək düzgün deyil. Ona görə də mədəniyyət xəzinəsinin mənəvi dəyərləri aşağıdakı əlamətlərə görə özünün məzmununa və vüsətinə görə müəyyən olunur.
Məzmununa görə mənəvi dəyərlər üç əsas sahəyə ayrılır: 1)elm; 2)mənəviyyat, əxlaq; 3)incəsənət.


Ardı →

Tretyakov qalereyası

Tretyakovun 28 yaşı vardı.
O vaxtkı tacir dünyası ətalətin, acgözlüyün və cəhalətin təcəssümü idi. Amma tacir Tretyakovun duyğuları və fikirləri bu fonda açıq-aşkar ziddiyyət yaradırdı. Pavel Mixayloviç dörd il sonra ilk xarici səfərinə çıxarkən vəsiyyətnamə qoyub getmiş və yazmışdı: «Gümüş pulla yüz əlli min rublluq kapitalımı Moskvada rəsm muzeyinin və ya ictimai şəkil qalereyasının qurulması üçün vəsiyyət edirəm. Rəngkarlığı, həqiqətən, sevdiyimə görə mənim üçün çoxlarına fayda, hamıya zövq verən ictimai, hamı üçün açıq incəsənət xəzinəsinin əsasını qoymaqdan yaxşı arzu ola bilməz».
Davamı →

Qədim Hindistan mədəniyyəti

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi- mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib.
Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. «Sıfır» anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər.
Ardı →

Vasili Blajennı kilsəsi (Храм Василия Блаженного)

Vasili Blajennı kilsəsi — Moskvanın mərkəzi olan Qırmızı meydanda yerləşir.
O, son dərəcə gözəl inşa edilməklə yanaşı, həm də Moskva şəhərinin əsas rəmzlərindən biridir. Qeyri-adi memarlığı ilə diqqətləri üzərinə çəkən bu sənət nümunəsi əsrlərdən bəri dini obyekt rolunu məharətlə ifa edir.
Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən Moskvanın mərkəzində Qızıl meydanda rus memarlığının fəxri sayıla biləcək bir abidə kimi Vasili Blajennı kilsəsi fərqliyi ilə göz oxşadırdı. Bu abidə yerləşdiyi əraziyə verdiyi gözəlliyi və memarlıq zənginliyi ilə seçilir. Həmin abidə, dünya memarlığı tarixində rus memarlığının rəmzinə çevrilmişdir.


Ardı →

Müqəddəs Pyotr kilsəsi

Müqəddəs Pyotr kilsəsi — Romada, Vatikanın ərazisində yerləşir.


Bura dünyanın ən böyük kilsələrindən biri olmaqla bərabər, həm də katoliklərin döyünən ürəyidir. Kilsə Roma şəhərinin ən əsas dörd məbədindən biri sayılır. O, üç hektara yaxın ərazini əhatə edir və 60 min nəfərlik tutuma sahibdir.


Ardı →