Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Orta əsrlərdə ərəb mədəniyyəti

Ərəblər işğal etdikləri xalqlardan mədəni cəhətdən aşağı səviyyədə idi. Onlar bu xalqların və hətta işğal etmədikləri xalqların, məsələn, yunanların, romalıların mədəniyyətlərini öyrənib mənimsəyərək öz müstəqil mədəniyyətlərini yaratdılar. Ərəblərin işğal etdikləri ölkələrdən çıxan adamlar Xilafətin idarə olunmasında və İslam mədəniyyətinin yaranmasında iştirak etdilər. Müxtəlif xalqlardan olan alimlər, yazıçılar ərəb dilində yazıb yaradırdılar. Buna səbəb aşağıdakılardır:
1. Ərəb dili xilafətin dövlət dili idi. Dövlət işləri və məhkəmələr ərəb dilində aparılırdı;
2. Ərəb dili islam dininin, «Quran»ın dili idi. Bütün dini ibadətlər, məktəblərdə dərslər ərəb dilində aparılırdı;
3. Yunanıstanın və şərq alimlərinin əsərləri ərəb dilinə tərcümə edilmişdi;
4. Ərəb dilində yazılan əsərlər daha tez və geniş ərazilərdə yayılırdı.
Beləliklə, İslam mədəniyyəti yarandı. Bu mədəniyyətin yaranmasında Xilafətə daxil olan bütün xalqların nümayəndələri iştirak etmişdilər.


Ardı →