Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Dünyanın ən kədərli abidələri

1. Dunay çayı sahilindəki dəmir ayaqqabılar
2005-ci ildə qoyulan bu abidə yəhudilərin çay sahilində güllələnməsinə aiddir. Almanlar II İkinci Dünya Müharibəsi zamanı 1944-1945-ci illərdə gülləyə qənaət etmək üçün, burada insanların ayaqqabılarını çıxartdıqdan sonra, onları bir-birinə bağlayıb və sadəcə birinə atəş açıblar. Hər dəfə atəş açılan şəxs çaya düşdükdən sonra arxasınca digərlərini də çəkib aparıb. Hazırda Dunay çayı sahilində 60 cüt uşaq və böyük ayaqqabısı var.

Davamı →

XIX əsrin II yarısında Rusiya mədəniyyəti

XIX əsrin ikinci yarısında Rusiya mədəniyyəti iki istiqamətdə inkişaf etmişdir. Qərb həyat tərzin qəbul edərək materializm və ateizm tərəfdarına çevrilən adamlar birinci istiqaməti təmsil edirlər. İkinci bir istiqamət rus milli mədəniyyətinin çiçəklənməsidir. Milli mədəniyyətin təmsilçiləri olan yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar, alimlər Qərbi Avropanın mədəniyyət təcrübəsindən istifadə edərək rus milli mədəniyyətinin ənənələrinə əsaslanan əsərlər yaratmağa çalışırdı. Onların yaradıcılığında dini məsələlər əhəmiyyətli yer tutmuşdur. Pravoslav dini ənənəsinə əsaslanaraq onlar insan həyatı və əxlaqının mahiyyətinə dair fikirlərini ifadə edirdi.

Davamı →

Rusiya mədəniyyətinin "Gümüş əsri"

XIX əsrin sonu-XX əsrin əvvəllərində rus mədəniyyəti çoşqun yüksəlişdə olmuşdur. Ədəbiyyat, musiqi, incəsənət, teatr sahəsində yeni ideyalar, mövzular, yanaşma tərzi meydana çıxmışdır. Rəssamlar, yazıçılar, şairlər, musiqiçilər öz ideyalarını ifadə etmək məqsədilə yeni forma və metodlar axtarıb tapırdılar. Rusiya mədəniyyət tarixinin nisbətən bu qısa dövrü A.S.Puşkinin zamanındakı «Qızıl əsr»dən fərqli olaraq «Gümüş əsr» adını almışdır.

Davamı →

Qız qalası yaxınlığındakı abidə

Bakıda Qız qalası ətrafında ikimərtəbəli karvansaray yaxınlığında yerləşən, istifadəsiz qalmış bir abidə müəyyən zamanlarda “Alban kilsəsi”, “Erməni kilsəsi” və yaxud “Müqəddəs Varvara” kilsəsi kimi tanınmışdır. XIX əsrin II yarısında kilsənin qarşısındakı keçmiş “Varvarevskaya” küçəsi də (indiki H.Rzayeva küçəsi) bu kilsənin o dövrdəki adı ilə adlandırılmışdır. Ümumiyyətlə, Qafqazda, Rusiyada və Avropada “Müqəddəs Varvara” adlı kilsələr çoxdur. Bu kilsələr, bütpərəst ailəsində doğulub, daha sonra xristianlığı qəbul etdiyi üçün 306-cı ildə öldürülmüş və sonradan müqəddəslik almış Varvaranın şərəfinə ucaldılmışdır.

Davamı →

Dini abidələrimiz – qədim alban məbədləri

Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın,  etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin mükəmməl nümunəsini  beynəlxalq ictimaiyyətə sərgiləyir.

Davamı →

Bəstəkar ürəkli rəssam | Mikayıl Abdullayev

Başlığa çıxardığım bu sözləri Mikayıl Abdullayev haqqında SSRİ xalq artisti, böyük bəstəkar Fikrət Əmirov demişdir. Onu tanıyanlar da deyirlər ki, Mikayıl Hüseyn oğlu Abdullayev olduqca sadə, səmimi insanlarla xoş ünsiyyət qurmağı bacaran, humanist insan idi. Elə bil xarakteri əsərlərinə də hopmuşdu. Hansı mövzuda əsər işləyirdisə orada səmimiyyət, torpağa bağlılıq, humanizm elementləri aydın duyulurdu.

Davamı →

İlmələrin hikməti

Ən qədim nümunələri Qədim Misirdə ərsəyə gətirilən və çox-çox sonralar fransız əsilli Qobelen qardaşlarının soyadı ilə məşhurlaşan qobelen sənətinin yalnız XX əsrdə Azərbaycan sənət məkanına gəlməsi, heç şübhəsiz, onların uzun müddət  yerli xovlu və xovsuz toxuculuq nümunələri ilə rəqabət aparmaq gücündə olmaması ilə bağlıdır. Azərbaycanın sovetləşməsindən sonra xüsusi təhsil ocaqlarında xalça sənəti ilə yanaşı, həm də Avropa mədəniyyəti nümunəsi kimi digər toxuculuq nümunələrinin, o cümlədən də qobelenin estetikasını əhatə edən bədii-texniki xüsusiyyətlər aşılanmaqda idi. Odur ki, təhsil sonrası bəziləri hər iki sahə ilə məşğul olurdular. Hər iki sahəyə maraq göstərənlərdən biri də Tamilla Abdullayeva olmuşdur.

Davamı →