Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Təsviri incəsənətin növləri

Təsviri incəsənətin 3 əsas növü artıq qədim daş dövründə meydana çıxmışdır. İspaniyada məşhur  Altamira mağarasında realistik öküz və maral təsvirləri qədim rəngkarlığın ilkin nümunələrinin arasındadır. Ural dağlarında Kap mağarasında tapılmış heyvan təsvirləri paleolit dövrünün həm rəngkarlığını, həm də qrafikasını, yəni gizli rəsm sənətini nümayiş etdirməkdədir.Mərkəzi Avropada tapılmış paleolit dövrünün heykəlcikləri ilk növbədə qadın sürətləri diqqəti cəlb edirdi. Şərti olaraq bu heykəlcikləri bəzən paleolit Veneraları adlandırırlar.

HEYKƏLTƏRAŞLIQ

Heykəltəraşlıq özü monumental, dəzgah və kiçik forma heykəltəraşlığına bölünür. Monumental heykəltəraşlıq əksər hallarda açıq havada nümayiş etdirilir. Mütləq möhtəşəmlik və ciddi iddia daşıyıcısı kimi seçilməlidir. Ətraf mühitdə müəyyən uyğunluq  yaratmalıdır.     Materialı adətən daş, metal, və beton olur. Dəzgah heykəltəraşlığı emalatxanada dəzgahda düzəldilir. Materialı gil, mum, gips, daş və ya metal ola bilər. Adətən binaların daxilində nümayiş etdirilir. Çox vaxt memarlıq ilə qarşılıqlı uyğunluq tapır.     Kiçik forma heykəltəraşlığında daha çox dekorativliyə yəni bəzəkliyə diqqət yetirilir, materialların içində həm də çini, saxsı, şüşə, sümük kimi  qiymətli materiallar istifadə olunur. Metal sənəti və Qilptika sənəti kiçik forma heykəltəraşlıq və Zərgərlik arasında bağlılıq yaradan sahələrdir.

QLİPTİKA

Yarı qiymətli və qiymətli daşların üzərində kiçik həcimli yəni miniatür təsvirləri yaratmaq sənətinə Qliptika deyilir. Əksər hallarda 2 növü var-üzük qaşı kimi işlənən Qemma və asma bəzək kimi işlənən Kameya. Çox vaxt qliptika əsəri həm də şəxsi möhür kimi işlədilir.Ona görə üstündəki təsvir sahibkarına aid rəmz və məna ilə yaradılırdı. Qliptika əsərin təsviri çökük yəni İntalya kimi qabarıq yəni Relyef ola bilərdi. E.ə 3-cü minillikdə inkişafa başlayan bu sənət növü antik Yunan-Roma incəsənətində ən yüksək zirvəyə çatmışdır.

RƏNGKARLIQ

Rəngkarlıq 3 növə ayrılır-monumental rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlığı Monumental rəngkarlıq — Adətən irihəcimli və açıq havada saxlanıla bilən əsərlər monumental rəngkarlığın nümunəsi hesab olunur. Burada əsasən texnika cəhətdən divarüstü boyakarlıq və freska sənəti xüsusilə fərqlənir.Freska divarüstü boyakarlığın xüsusi növüdür. Binaların daxilində daha çox yaradılır. Freska-hələ də qurumamış yaş mala üzərində çəkilir.Monumental rəngkarlığın başqa sənət növləri də vardır onlar aşağıdakılardır.   1.     Mozayka 2.     Mayolika 3.     Vitraj Mozayka-Monumental rəngkarlıqda xırda rəngli detallardan ümumi təsvirin yığılması texnikasına Mozayka deyilir. Mayolika-Rəngli, şirəli, saxsı detallardan təsvir yığmaq texnikasına deyilir. Vitraj-Rəngli şüşələrdən təsviri yığmaq texnikasına Vitraj deyilir.Həm rəngkarlıq, həm də bədii şüşə sənətidir. Şüşənin detalları adətən metallik xüsusiyyət daşıyır. Bu növ əsərlər çox vaxt pəncərə və qapıya qoyulurdu.Şərqdə oxşar tərzdə ornamental Şəbəkələr düzəldilirdi. Dəzgah rəngkarlığı-Adətən emalatxanalarda, dəzgah üzərində düzəldilir.Sadə rəssam dəzgahı Molbert adlanır.Belə əsərlər adətən binaların daxilində saxlanılır.Ağacdan düzəldilmiş lövhə, kətan və ipək, kağız və karton üzərində çəkilir. Miniatür rəngkarlığı-Rəngkarlığın 3-cü növü olan miniatür rəngarlığı kiçik həcmi incəliyi ilə seçilir.Şərq incəsənətində ən məşhur miniatür bədii məktəblərdən biri Azərbaycanda Təbriz məktəbidir.

QRAFİKA

Təsviri incəsənətin 3-cü növü qrafikadır.Yəni rəsm sənətidir.Qrafika Monoxrom (Tək rəngli), Polixrom (Çox rəngli) ola bilir.İstiqamətinə görə qrafika sənəti bu cür bölünur-Dəzgah qrafikası, (Müstəqil qrafika), Tətbiqi qrafika (Xəttatlıq-Kolleqrafiya), Rəsmxət-Dizayn, Plokat-Reklam, Kitab-jurnal qrafikası, Qrafik miniatür,O cümlədən Ekslibris və ən müasir Dizayn və Kompüter qrafikası.

Qrafikada əsas vacib bədii texniki istiqamət və ya Qravüra işidir.Rəssam özü və ya onunla əlbir çalışan Nəqqaş Rəssam ilkin təsvirin nüsxələrinin çoxalması üçün onu Qravüraya çevirir.Yəni təsvirin güzgü əksini bərk materialın səhtinə keçirdir.Alınmış təsvirli lövhə vasitəsilə təsvirləri çoxaltmalı olurdu. Bu Nəqqaşlıq Qravüra texnikasına görə lövhələrin materiallarına uyğun olaraq aşağıdakı kimi bölünür. 1.METALLOQRAFİKA 2.SİNKOQRAFIYA 3. LİTOQRAFIYA 4. LİNOQRAVÜR 5.KSİLOQRAFİYA (Ağac lövhəsi üzərində ,Mis lövhə üzərində,Qalın karton üzərində olur) 6. SİLKOQRAFİYA (Preslənmiş laylı ipək üzərində) Qravüranın əsasən də Dəzgah Qravüranın 2 əsas növü var 1. OFORD 2. ESTAB

Mahiyətcə fərqi odur ki, Estab da təsvirli lövhəni kağıza möhür kimi vurub yapışdırırlar.Oford isə xüsusi cihaz köməyi ilə alınır.Burada bəzən əksinə kağız yuxarıda təsviri lövhə isə aşağıda olur.


Davamı →

Mədəniyyət nədir?

Mədəniyyət tarixinin mərhələləri
Müasir mədəniyyətşünaslıqda mədəniyyət tarixinin aşağıdakı mərhələləri təsnif edilir:

  • İbtidai icma mədəniyyəti ( b.e. 4 min il əvvəl );
  • Qədim Dünya mədəniyyəti ( b.e.4 min il əvvəl — b.e.V əsrinə qədər );
  • Orta əsrlər ( V—XIV əsr.);
  • İntibah Dövrü ( XIV—XVI əsr.);
  • Yeni Dövr ( XVI ax.—XIX əsr.);
  • Ən Yeni Dövr ( XIX ax. — hazırkı dövr ).

Ardı →

L.A.Uaytın Kulturologinanın inkişafında rolu

Kulturologiyanın müstəqil elm kimi formalaşması XX əsrin ortalarında  başlamışdır. Ondan əvvəl,  insan və insan dünyasını  tədqiq edən və kulturologiyanın  ilkin nailiyyəti olan — antropologiya,  XIX əsrin axırlarında isə sosiumun öyrənilməsi nəticəsində, sosiologiya mövcud olmuşdur. Buna, məkan və zaman daxilində özünəməxsus inkişaf və fəaliyyət qanunauyğunluqları olan, insan mədəniyyətinin bütöv sistemi haqqındakı  təsəvvürlər də yardım etmişdir.
Ardı →

Kulturologiya elm kimi

Kulturologiya — insanın və bəşəriyyətin  yaradıcı həyatı və fəaliyyəti haqqında  elmdir.O, insanın həyat fəaliyyətinin mahiyyət, xüsusiyyət, tarixi nailiyyəti, inkişaf qanunları, texnologiyaları və dəyişdirici imkanlıarını  aşkarlayır. O, idakın  elə bir çoxpilləli piramidasıdır ki,  onun pillələrini qalxarkən, insan tədricən xüsusi elmi biliklərə titələndikcə,  bu gününü pozitiv idarə etmək, dəyişmək, daha yaxşı gələcək qurmaq qabiliyyətlərini dəfələrlə artırıb müdrikliyə yaxınlaşır.
Ardı →

İslam mədəniyyətinə baxış

Çiçəklənmə dövrü olan X əsrdə İslam mədəniyyəti, Himalayalardan Pirənələrə, Qaradənizdən Aden körfəzinə kimi uzanan bütün İslam dünyasına nüfuz etmişdi. Qədim şərq, Bağdad, Suriya və Iraq torpaqları üzərində, dünya dövlətlərinin ənənələrini təcəssüm etdirirdi. Kiçik Asiyada bütün ticarət yollarının düyün nöqtəsi olan bu şəhərlər, millətlər arasındakı hərəkətlərin bir toplanma mərkəzinə çevrilmişdi. İslam dinini kultrologiya kontekstində öyrəndikdə ilk öncə onun yarandığı ərazidə mədəniyyətin və digər elmlərin inkişafının şəhrini vermək lazımdır.
Ardı →

Qloballaşma şəraitində mədəniyyətə elmi baxış

XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səjiyyəvi xüsusiyyətləri kimi aşağıdakı amilləri göstərmək olar:
• iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sərhədlərinin genişlənməsi prosesinin intensifikasiyası;
• soyuq müharibədən sonra yeni tarixi mərhələnin başlanğıjı;
• dünya iqtisadiyyatının transformasiyası;
• qeyri-liberal iqdisadi proqramların siyasi demokratizasiya proqramlarılə əlaqələndirməsi nətijəsində amerikan dəyər sisteminin üstünlük təşkil etməsi;
• ortodoksal(bir məsləkin sabitliyi və ardıcıllığı) ideologiya;
Ardı →

Mədəniyyətdə millilik və beynəlmiləlçilik

Mədəniyyətin inkişafı cəmiyyətin obyektiv qanunlarına əsaslanır. Bu baxımdan mədəniyyət spesifik, xüsusi və ümumi qanunlar əsasında inkişaf edir. Spesifik qanunlar yalnız cəmiyyətin müəyyən mərhələsində mövcud olan mədəniyyətdə, xüsusi qanunlar məzmun baxımından yaxın olan mədəniyyət tiplərində, ümumi qanunlar isə bəşər mədəniyyətinin inkişafı prosesində fəaliyyət göstərir. Qeyd etdiyimiz qanunlar öz inkişafında bir-biri ilə vəhdət təşkil edir. Qanunların belə vəhdəti müxtəlif tipli mədəniyyətlər arasında da əlaqəyə səbəb olur. Nəticədə mədəniyyətin inkişafında təkcə, xüsusi və ümuminin əlaqəsi meydana çıxır. Bu nöqteyinəzərdən mədəniyyətin milli xüsusiyyətlərinin və beynəlmiləl xarakterinin öyrənilməsi müəyyən mənada xüsusinin ümumiyə, ümuminin isə xüsusiyə münasibətindən, nisbət və vəhdətindən asılıdır.
Ardı →

İslam dinin kulturolji mahiyyəti

Tarixdən bu günə  qədər insanın yaşadığı hər yerdə az və ya çox mədəniləşmə hərəkatının mövcudluğu hamıya məlum olan bir həqiqətdir. Çünki cəmiyyət halında yaşamaqdan meydana gələn mədəni tərəqqilər, insanın  yarandığı gündən bəri davam etməkdədir. Düzdür, bu günədək dünyaya bir-birindən fərqli neçə mədəniyyətin gəldiyi dəqiq məlum deyil, ancaq, indi iki mədəniyyət cəbhəsi mövcuddur. Bunlardan biri Xristianlıq, Yəhudilik və digər sistemlərin tə'sirində qalan Qərb Mədəniyyəti, digəri isə İslam dininin yayıldığı bölgələrdə olan İslam Mədəniyyətidir.
Ardı →

Mədəniyyət anlayışı və ona tarixi yanaşma

Mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, onun həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin — antropologiya, arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir.
Ardı →

Qədim ellin mədəniyyəti

Məlumdur ki, Yunanıstan mədəniyyətin bütün sahələrində bəşər mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələr bəxş etmişdir. Yalnız yunan mədəniyyətinin deyil, həm də dünya mədəniyyətinin sonrakı inkişaf tarixində e.ə VIII-VI əsrlər yunan mədəniyyətinin müstəsna rolu olmuşdur. Bu dövr yunan mədəniyyətinin səciyyəvi xüsusiyyətlərindən biri-dindən elmə, mistik baxışlardan materialist təlimə, incəsənət sahəsində isə şərtilikdən realizmə keçid olmuşdur.
Qeyd etdiyimiz xüsusiyyətlər klassik dövr yunan mədəniyyətində öz inkişafının ən uca zirvəsinə çatmışdır. Yunan mədəniyyətinin tərəqqisinin ən yüksək inkişaf mərhələsini klassik dövr təşkil edir. Müxtəlif sahələrdə qədim Şərq mədəniyyəti ilə əlaqədar olan və Egey mədəniyyətindən yaranan yunan mədəniyyəti e.ə. VIII-VI əsrlərdə böyük tərəqqi dövrü keçirmişdir. Bu dövr eyni zamanda yunan əlifbasının yaranması, ilk elmi və ədəbi nümunələrin meydana çıxması ilə səciyyəvidir.
Ardı →