Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Qədim Çin mədəniyyəti

 Qədim  Çin  mədəniyyəti  müxtəlif  istiqamətlərdə  inkişaf etmişdi. Bu ölkədə fəlsəfə, riyaziyyat, astronomiya və tibb  elmləri sahəsində  müvəffəqiyyətlər  qazanılmışdı.  Astronomiya  elminə xüsusi diqqət  yetirilir, Çin padşahları təqvim  düzəltmək,  günün və ayın tutulacağı vaxtı müəyyənləşdirmək üçün xüsusi  komissiyalar təşkil edirlərdi.  Onlar maqnit  sahəsinin mövcudluğuna və  maqnit əqrəbinin xüsusiyyətlərinə də bələd  idilər. Eyni zamanda barıtı ixtira edib fişəng üçün  istifadə edirdilər.
     E.ə. VI-III əsrlərdə fəlsəfi fikrin sonrakı inkişafinda mühüm rol oynamış  konfusiçilik,   moizm,   legizm,   daosizm  məktəblərinin formalaşdığı dövrdə Çində  fəlsəfə meydana çıxmışdır. Qədim Çin fəlsəfəsi  daha  çox  etnik-siyasi  xarakterə  malik  olmuş,  onda qneseoloji  və  ontoloji  məsələlərin tədqiqinə  az yer verilmişdir.Filosoflar dövlət işlərində təmsil olunmuş, Si padşahlığında fəlsəfə akademiyası yaradılmışdı.
Davamı →

Qədim Hindistan mədəniyyəti

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi- mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib.
Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. «Sıfır» anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər.
Ardı →

Qədim Misir mədəniyyəti

Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindəndir. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə başlamışdır. Artıq yeni minilliyin əvvəllərində Nil çayının şimal və cənubunda 40-dan artıq şəhər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.
Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra etmişdir. Misirlilərin dini təsəvvürlərinə görə insan müxtəlif keyfiyyətlərə xasdır və bunlar belə adlandırılır – insan vücudu, — Sax, onun kölgəsi Şunt, adı Ren və s. Bunların içərisində insanın ruhu olan Ka başlıca yer tutur.
Ardı →

Qədim Midiya mədəniyyyəti

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Bir dövlət kimi müasir İranın mərkəzi hissəsində yaranmışdı. Midiya haqqında ilk məlumat e.ə. IX əsrin ortalarına aid mixi yazılı qaynaqlarda verilir.
Midiya sənətkarları — dulusçular, toxucular, dəmirçilər əmək alətləri, parça, xalça, silah, bəzək əşyaları, məişət əşyaları və s. hazırlayırdılar. Onların hazırladıqları gözəl sənət nümunələri qonşu ərazilərə yayılırdı. Bu, həmin ölkələrdə yerli mədəniyyətin inkişafına böyük təsir göstərmişdir.
Ardı →

Qədim Finikiya və Assuriya mədəniyyəti

Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi.
Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrişmişdi. Çox da böyükm olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi.
Ardı →

Qədim Mesopotamiya mədəniyyəti

Mesopotamiyada ilk sakinlər təxminən b.e.ə. 40-cı minillikdə məskunlaşmışlar. B.e.ə. IV-III minillikdə ilk şəhər-dövlətlər yaranmağa başlayır: Ur, Uruk, Kiş, Laqaş, Nippur, Akkad belələrindəndir. Şəhərlərin çoxu şumerlər tərəfindən qoyulduğu üçün həmin mədəniyyəti şumer mədəniyyəti kimi adlandırmaq qəbul edilmişdir. Şumer mədəniyyətinin mövcudluq tarixi b.e.ə. IV minillikdən III minilliyin I yarısına qədərdir.
Ardı →

İbtidai dövrün mədəniyyəti

Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir. Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və tədqiqat nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) qədim keçmişi öyrənmək üçün son dərəcə əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir.
Ardı →

Kulturologiya elmi və onun tarixi kökləri

Kulturologiya (lat. cultura, yun ) — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elmdir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir.
Ardı →

Qədim dövrün kulturoloji fikir tarixi

Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər. İbtidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o, minillər ərzində öz dolanışığını üç yolla: yığıcılıq, ovçuluq və balıqçılıqla təmin etmişdir. İbtidai cəmiyyətin tarixi amerikalı etnoqraf L.Q.Morqanın «Qədim cəmiyyət» adlı tədqiqatında öz əksini tapmışdır.


Ardı →

Kulturologiya və mentalitet

Kulturologiya ilə bağlı mənbələrdə «mentalitet», «mentallıq» sözlərinə indiki dövrdə çox tez-tez rast gəlinir. Demək olar ki, bu, son on il ərzində dilimizə nüfuz edən ən populyar anlayışlardan birinə çevrilib. Mentallığın tarixi mənşəyi, onun ayrı-ayrı millət və xalqlara xas olma xüsusiyyətlərindən də danışılır. Bu sözün mənşəyi latın dilində «əql, düşüncə tərzi, mənəvi tərz» mənalarını verir. Bir sözlə, mentallıq, mentalitet – insan birliklərinin, mədəni ənənələrin vəhdətini möhkəmləndirən ruhi, mənəvi vərdiş, bacarıqlar, inam və fikirlər toplusudur, — desək, yanılmarıq.
Ardı →