Mən səni axtarıram

Ay gülyanaq, gülərüz,
Ay şirindil, şirinsöz,
Ay qaratel, qaragöz,
Mən səni axtarıram,
Mən səni axtarıram.

Arzumun qanadında,
Həsrətimin odunda,
Bəxt ulduzum altında
Mən səni axtarıram,
Mən səni axtarıram.


Nəqərat:
Xəyalında min soraq,
Eşqim əlimdə çıraq,
Aləmə salıb haray
Mən səni axtarıram,
Mən səni axtarıram.

 
Şamamalar dəyəndə,
“Aşiq oldum” deyəndə,
Qız qapısın döyəndə,
Mən səni axtarıram,
Mən səni axtarıram.
Qoyma yanam, amandır,
Qəlbim ağlar kamandır,
Sevgin mənə dərmandır,
Mən səni axtarıram,
Mən səni axtarıram.

Kimə deyim bu dərdi?
Məni külə döndərdi…
Gülüm, təki biləydin,
Mən səni axtarıram,
Mən səni axtarıram.

 

 

0 şərh