Gül başmaq

Qız:
Döngəmizdə oğlan,
Bığlarını buran oğlan,
Mənə kiprik vuran oğlan,
Ver mənim güllü başmağım,
Dabanı pullu başmağım.

Oğlan:
Döngənizdə durmamışam,
Bığlarımı burmamışam,
Sənə kiprik vurmamışam,
Hardan verim güllü başmağın,
Dabanı pullu başmağın?

Qız:
Gül bağçanda barın ollam,
Şirin heyvan, narın ollam,
Həmişəlik yarın ollam,
Gətir mənim gül başmağım,
Dabanı pullu başmağım.

Oğlan:
Gül bağçamda barım olsan,
Şirin heyvan, narın olsan,
Həmişəlik yarım olsan,
Verrəm sənin gül başmağın,
Dabanı pullu başmağın.
 

0 şərh