Axşam mahnısı

Musiqisi: Tofiq Quliyev, söz.: Zeynal Cabharzaıb

Qaş qaralır, kölgə tutur
Yavaş-yavaş meşəni.
Gözüm yolda, könlüm səsdə
Gözləyirəm mən səni.

Naq.:

Səbrim getdi, harda qaldın?
Qaş qaraldı, gəlmədin.
Bəlkə mənim qəlbimdəki
Döyüntünü bilmədin?

Suya düşür yaşıl-yaşıl
Yarpaqların kölgəsi.
Ürəyimdən xəbər verir
Ötən quşların səsi.

Aydın göylər, uca dağlar.
Göy meşələr, lal sular.
Sizi gördüm, ürəyimdə
Aşdı-daşdı arzular.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh