Ay Lolo!

Ay Lolo, la la,
Ya ləli
Ay Lolo, la la,
Üzü
Ay çəkin halay, düzülsün,
Ay xumar gözlər süzülsün.
Ay hər kim halay deməsə,
Əlim yardan üzülsün.

Ya Lolo, yar düymələri mərcan,
Ya Lolo, köynəyi al buxara,
Ya Lolo, yar düymələri mərcan,
Ya Lolo, gözümün içi qara.
Ya Lolo, el bilir, aləm bilir.
Ya Lolo, sevgiyə yoxdur çarə.
Ya Lolo, yar düymələri mərcan!

Ay Lolo, qızıl üzük firuzə,
Ay Lolo, gedin deyin xoruza,
Ay Lolo, bu gecə banlamasın.
Ay Lolo, yar düymələri mərcan.
Alça gül açdı, nənəm ey,
Dilim dolaşdı, nənəm ey,
Ah, bu evin kiçik qızı
Rəqsə alışdı, nənəm ey.
Ah, bu evin kiçik qızı
Qoşuldu, qaçdı, nənəm ey.
 
Ay Lolo, bu dağda maralım var,
Ay Lolo, ovçuyam, yarağım var,
Ay Lolo, nə gecə yuxum gəlir,
Ay Lolo, nə gündüz yararım var,
Ay Lolo, yar düymələri mərcan.
Alça gül açdı, nənəm ey,
Dilim dolaşdı, nənəm ey,
Ah, bu evin kiçik qızı
Rəqsə alışdı, nənəm ey.
Ah, bu evin kiçik qızı
Qoşuldu, qaçdı, nənəm ey.

Bəs eylə, gül eylə,
A qırmızı nimtənə!
Alma verirəm, almır, – (A qırmızı nimtənə!)
Özü almada qalmır, – (A qırmızı nimtənə!)
Başına and içirəm, – (A qırmızı nimtənə!)
Yad oğludur, inanmır,
Bəs eylə, gül eylə,
A qırmızı nimtənə!

Masallı gözəllləri – (A qırmızı nimtənə!)
Şirindir qəzəlləri, – (A qırmızı nimtənə!)
Qardaşa toy eylərəm, – (A qırmızı nimtənə!)
Yığaram gözəlləri, –
Bəs eylə, gül eylə,
A qırmızı nimtənə!

Oturun, qızlar, oturun ey,
Sevgi səba …
Aşıqları gətirin ey,
Oturun, qızlar, oturun ey.
Mən yadına düşəndə
Oturun, qızlar, oturun ey,
Talışın dağına bax!
Oturun, qızlar, oturun ey,
Sevgi səba …
Aşıqları gətirin ey!..

Həsri basma, dolan gəl!
Başımda ağ şalım var,
Həsri basma, dolan gəl!
Ağ şala oxşarım var,
Həsri basma, dolan gəl!
Özüm talış balası,
Həsri basma, dolan gəl!
Ceyrana oxşarım var,
Həsri basma, dolan gəl!
Masallı yeddi küçə,
Həsri basma, dolan gəl!
Yeddi yol, yeddi küçə,
Həsri basma, dolan gəl!
Qardaşa toy eylərəm –
Həsri basma, dolan gəl! –
Yeddi gün, yeddi gecə,
Həsri basma, dolan gəl!

A yordu, yordu, yordu,
Görən, kim kimi yordu?
Qaşın hilal eylərəm, – (A yordu, yordu, yordu!)
Min bir xəyal eylərəm, – (A yordu, yordu, yordu!)
Aramızda olanı – (A yordu, yordu, yordu!)
Sizə halal eylərəm. – (A yordu, yordu, yordu!)
Qərənfil dəstə-dəstə, – (A yordu, yordu, yordu!)
Üzüm durar gül üstə, – (A yordu, yordu, yordu!)
Mən bir qızı sevmişəm, – (A yordu, yordu, yordu!)
Alagöz, boyubəstə. – (A yordu, yordu, yordu!)
Saplı saçaq taxmaram, – (A yordu, yordu, yordu!)
Mən su kimi axmaram, – (A yordu, yordu, yordu!)
Könlümü almayınca, – (A yordu, yordu, yordu!)
Meydançadan çıxmaram.
A yordu, yordu, yordu,
Görən, kim kimi yordu?!..
 

0 şərh