Azərbaycan maralı

Ay qız, gəzmə aralı,
Könlüm səndən yaralı. (Etmə könlüm yaralı)
Gözlərinə heyranam,
Azərbaycan maralı!..

Nəqərat:
Sən bulaq üstə gələndə,
Qıyğacı baxıb güləndə
Aldın səbrü-qərarımı,
Azərbaycan maralı!..

Gedək Qırxqız yaylağına,
Ceyran, cüyür ovlağına,
Çıxaq İsa bulağına,
Azərbaycan maralı!..

Nəqərat:
Turşsu olsun yaylağımız,
Gözəl Şuşa oylağımız,
Sən olaydın qonağımız,
Qarabağın maralı.
Aldın səbri-qərarımı,
Azərbaycan maralı.
 
 
 

0 şərh