Gədəbəy

Mus: Şamo İsayev, söz: Musa Ələkbərli

Aşıq nə oxudu; şair nə yazdı,
Qoynunda qumrular ötür, Gədəbəy.

Şə‘ninə yüz tə‘rif desək də azdır,
Azalmaz bu hörmət, xətir, Gədəbəy,
Gədəbəy, Gədəbəy, Gədəbəy, Gədəbəy,
Azalmaz bu hörmət, xətir, Gədəbəy.

Nəq.:

Qar yağdı, yenə də ağardı saçın,
Gəlsin ürəyimə hər ağrın, acın.
Ya bir daşın olum, ya bir ağacın,
Məni murazıma yetir, Gədəbəy.

Gədəbəy, Gədəbəy, Gədəbəy, Gədəbəy,
Məni murazıma yetir, Gədəbəy.

Musa günahkardır sənin qarşında,
Ondan urvatlıdır qara daşın da.
Ağayana durub dağlar başında,
Məni ayağına gətir, Gədəbəy.

Gədəbəy, Gədəbəy, Gədəbəy, Gədəbəy,
Məni ayağına gətir, Gədəbəy.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh