Bu Sevgidən Yorulmuşam

Mus: Aygün Səmədzadə, söz: Şarqiyyə Seyidbayli
 
Taleyimə üsyan edib.
İnanmışdım sözlərinə.
Baxışını dünyam bilib,
Sığınmışdım gözlərinə.

Nəq:

Buludlan duman bilib,
Mən özümü aldatmışam.
Gözlərinə dünyam deyib.
Uçuruma atılmışam.

Gözün zülmət uçururmuş.
Sonsuzluğa uçulmuşam.
Dünyam məni qorumurmuş,
Bu sevgidən lap yorulmuşam.

Şirin-şirin arzulardan
Bir kəhkəşan ucaltmışdım,
Ümid dolu xəyallardan
Bir kainat yaratmışdım.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh