İkisi bir boyda gəzən gözəllər

Ikisi bir boyda gəzən gözəllər,
Toyda, mağarda süzən gözəllər,
Hər sözə bir söz düzən gözəllər,
Adı dillərdə gəzən gözəllər.

Eyvana çıxdım, gördüm yar gəlir,
Dağlar maralı o maral gəlir,
Başına örtüb xara şal gəlir,
Yanağı üstə qara xal gəlir.

Asıq gərək deyə sözün düz-düzə,
Aşıqlar kimi baxaq göz-gözə,
Hörüklü saçlar tökülsün dizə,
Hərdən bir üzlər dəysin üz-üzə.

Gəl, cavanıq, gəl verək əl-ələ,
Yellər əsəndə dəysin tel-telə,
Qovuşaq omrə necə sel-selə,
Gələk uz-uzə necə gül-gülə.
 
 
 

0 şərh