ACIDİL OLMA BELƏ

Musiqisi: Elçin Hüseynov, sözləri: Zahir Abbas

Nə dedim ki, mən sənə,
Alışıb yandın elə.

Bir qulaq as sən mənə,
Acıdil otma belə.

Zülmü satın alarsan.

Araya qan salarsan,

Vallah evdə qalarsan,
Acıdil olma belə

Gəl şadlanaq, gəl gülək,
Qoşa döyünsün ürək,
Əlindən hara gedək?!
Acıdil olma belə.

Tər çiçəksən, qönçəsən.
Nərmənazik, incəsən,
Gözəllikdə bircəsən.
Acıdil olma belə.

Sənsən fikrim, xəyalım,
Hər istəyim, amalım,
Öldürmə məni zalım,
Acıdil olma belə.


Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi

Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007

 

0 şərh