Ağ gül, qırmızı gül, bir də sarı gül…

Yarın bağçasında üç gül açıbdı:
Ağ gül, qırmızı gül, bir də sarı gül.
Hər üçü də bir birindən öyməli,
Alagöz yarım, ahu ceyranım!
Ağ gül, qırmızı gül, bir də sarı gül…

Ağ gülü bənzətdim göydə laçına,
Qızıl gülü düzdüm yarın saçına.
İbrahim qurbandır gülün üçünə,
Alagöz yarım, ahu ceyranım!
Ağ gül, qırmızı gül, bir də sarı gül…

 

 

0 şərh