Yaxan düymələ

Sallanıban gələn dilbər,
Məni dərdə salan dilbər,
Yaxan düymələ, lə düymələ,
Dərdin aleym (alım), dərdini!

Köynəyinin gülü yaşıl,
Süsən sünbülə dolaşır,
Nə geysən sənə yaraşır,
Yaxan düymələ, lə düymələ,
Dərdin aleym (alım), dərdini!

Yaşıllıqda quzu mələr,
Quzu mələr, çoban gülər,
Sən kimi bir yosma dilbər,
Yaxan düymələ, lə düymələ,
Dərdin aleym (alım), dərdini!

Kərəm sana nələr demiş!
O dil-dodağını yemiş!
Kətanköynək, bəndigümüş,
Yaxan düymələ, lə düymələ,
Dərdin aleym (alım), dərdini!
 
 

0 şərh