Qara qız (xalq mahnısı)

Atlandım Nərimanına,
Düşdüm Süleymanına, balam.
Düşdüm Süleymanına.
Kabab yedim, çay içdim,
Beynim dolu qan ile, bala,
Beynim dolu qan ile.

Sandıq üstə məfərə,
Gedin deyin Cəfərə, bala,
Gedin deyin Cəfərə.
Mən yarımdan küsmüşəm,
Göndərməsin səfərə, bala,
Göndərməsin səfərə.

Qara qızam, ulduzam,
Həm şəkərəm, həm duzam, balam,
Həm şəkərəm, həm duzam.
Öldürmə, Süleymanım,
Mən yalqızam, yalqızam, bala,
Mən yalqızam, yalqızam.
 
Qara qız (xalq mahnısı)
 

0 şərh