AD GÜNÜ

Musiqisi: Məmmədbağır Bağırzadə, sözləri: Zivər Ağayeva

Sən dünyaya gələn gündü,
Evimizdə toy-düyündü,
Gülür üzə arzu-dilək,
Gülüm, ad günün mübarək!

Yaraşıqsan bu cahana,
Qurban olum yaradana!
Sənin də dünyan güləcək,
Gülüm, ad günün mübarək!

Qoca dünya bir tamaşa,
Sən yüz yaşa, xoşbəxt yaşa,
Sinəmdə də deyir ürək,
Gülüm, ad günün mübarək!

 

 

0 şərh