Axtar sən məni

Mus: Emin Sabitoğlu, söz: Nəbi Xəzri

Əzəldən heç belə bilməzdim səni.
Qəlbimdə ilk arzu, ilk həvəs oldun.

Nəqarət

Qışda bahar kimi, çox gəzdim mən səni.
Yaz gəldi, qar kimi görünməz oldun.

İllər ötüb keçdi, arzular təki,
İndi səhər, axşam axtar sən məni.

Qışda bahar təki, yazdasa qar təki.
Axtarsan nə qədər tapmazsan məni.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh