Aylı gecədə

Zeynəb Xanlarovanın repertuarından

Hər tərəf elə bil güldü, sevindi.
Bulaqlar titrədi, yarpaqlar endi.
Ulduzlar səmadan sulara endi,
Aylı gecədə, aylı gecədə.

Nəq.:

Dəniz tək çağlayıb, coşdu qəlbimiz,
Aylı gecədə, aylı gecədə.

Dolandıq dünyanı xəyallarda biz,
Aylı gecədə, aylı gecədə.

Çiçəklər sürüşüb, düşdü əlimdən.
Sevirəm kəlməsi qaçdı dilimdən.
Əsən meh küləyi öpdü əlimdən,
Aylı gecədə, aylı gecədə.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh