Alma mahnısı

Xalq mahnısı

A teşti, teşti, teşti,
Atım Qübadan keçdi.
Qubada min bir bağ var,
Hamısı alma bağı.

Hər bağın min ağacı.
Hər ağacda min budaq,
Hər budaqda min saplaq.

Min gözəl bu almanı
Yetişdirir həvəslə,
Hamı deyir bir səslə.

Nəqarət

Qubanın ağ alması,
Şirindir, ağ alması,
Yaxşı olar yar
Könlünü yar yıxıb,
Yar alması.

Qoy yarım gəlsin, gəlsin,
Almanı dərsin, dərsin,
İpəkli yaylıqlarda yara
Sovqat göndərsin,
Dostuna pay göndərsin.

Alma var pürrəngi,
Gəlinlər tək bəzəkli,
Ağacdan üzüləndə,
Cərgəynən düzüləndə,
Baxırsan gözün doymur,
'Ətrindən durmaq olmur,
Payızda, qışda, yazda,
Şaxtada, qarda, ayazda,
Alma gəzər hər yanı,
Gəzər bütün dünyanı.
Süfrəni, vazı bəzər.
Sonra da əl-əl gəzər.
Aşıqlar da söz düzər.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh