Axşam görüşləri

Mus: Tofiq Quliyev, söz: Rəsul Rza

Ulduzlar yaxın-uzaq,
Düzülüb çıraq-çıraq.
Ulduzlan çağıraq
Axşam görüşlərinə.

Nəq.:

Hər könüldə bir bahar,
Gəlsin dostlar, tanışlar,
Gəlsin nəğməli quşlar
Axşam görüşlərinə.

Məclisimiz xoş olsun.
Şən mahnılar qoşulsun,
Deyək: sevinc qovuşsun
Axşam görüşlərinə.

Nəq

Alnıaçıq, iizüağ.
Deyək, gülək, danışaq.
Toplaşsın böyük, uşaq
Axşam görüşlərinə.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh