Alagözlü

Mus: Süleyman Ələsgərov. söz: Rəsul Rza
 
Gözlərin aladır, yar!
Bir cüt piyalədir, yar!
Dərdimin dərmanıdır,
Başıma bəladır, yar!

Nəq.:

Gözlərini süzmə gəl,
Ürəyimi üzmə gəl!
Səndən yaxın kimim var,
Məndən tez-tez küsmə gəl.

Təzə bahar gülümsən,
İstəkli sevgilimsən.
Dodaqların qönçədir.
Qoy açılsın, gülümsə!
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh