Bahar olsun

Mus: Cahangir Cahangirov, söz: Əmər Əlibəyli

O qara gözünə heyranam mən,
O şirin sözünə qurbanam mən.
Gəl mənə könlünü bir yol aç,
Gün kimi üstümə şəfəq saç.

Nəq:

Mən gülüm, gülsün çəmənlər,
Ay ceyran sevgilim!
Qoy açsın güllər-gülşənlər,
Mehriban sevgilim!

Sevinsin qəlbdən sevənlər,
Hər zaman sevgilim!
! Ömrümüz xəzan bilməz bahar olsun.

Mən səni hər zaman anaram, yar,
Eşqinlə od tutub yanaram, yar,
Dünyada səadət var olsun.
Yaşasın məhəbbət, var olsun!
 
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh