Ay bəri bax

Mən sənə neyləmişəm,
Ay bəri bax, bəri bax.
Sənə “ulduz” deyiblər,
Məndə “gözəl” demişəm.

Nəqərat:
Mən sənə neyləmişəm?
Ay bəri bax, bəri bax!..

“Dodağı bal” dedilər,
Ay bəri bax, bəri bax!
“Qadasın al” dedilər,
Qadan mənə, demişəm!

Məni oda salıbsan,
Ay bəri bax, bəri bax!
Məni məndən alıbsan,
Niyə tənha qalıbsan?
 
 

0 şərh