Barmağına üzük tax

Mus: Şahid Əbdülkərimov, söz: Zivər Ağayeva

Barmağına üzük tax.
Həsrətliyəm, sevgilim.

Barmağına üzük tax.
Taleyimi mən bilim.

Bir üzük tax,
Nə yaqut, nə də ki, almaz olsun.
 
Al-qırmızı xonçaya
Bəzək üçün qoy olmasın
Məhəbbət üzüyünün
Ürəkdə odu olsun.

Alışıb barmağında
Yandırmasın cahanı.

Bir üzük tax. sevgilim,
Onu tək özün tanı.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh