Boylana-boylana

Şeir: Aşıq Hüseyn Cavan

Azad bir qız girib bağa,
Gəzir boylana-boylana.

Ala gözün sola-sağa,
Süzür, boylana-boylana.

Kitabı alıb əlinə,
Baxır hər bir sətirinə.

Atılıb eşqin gölünə,
Üzür, boylana-boylana.

İçib eşqin bulağından,
Gəzir Məcnun sorağında.

Tər qönçənin budağından,

Üzür, boylana-boylana.

Qurban qaşın qarasına,
Bax sinəmin yarasına.

Düşüb eşqin bəlasına,
Gəzir, boylana-boylana.

Açıb qönçə dəhanını,
Qumru tək zəbamnı.

Cavan Hüseynin canım,
Üzür, boylana-boylana.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh