Firuzə

Baharımı qış etmisən,
Məni dərdə tuş etmisən.
Gözlərimi yaş etmisən
Gəlmirsən gülüm, niyə.

Nəq:

Firuzə, Firuzə, Firuzə yarım,
Bəs niyə sən, Firuzə yarım, gəlmirsən?

Qayıt, mənim gülüm qayıt.
Ömrüm günüm, qayıt,
Sənsən sünbülüm, qayıt,
Gəlmirsən gülüm, niyə?

Nəq:

Məhəbbətin dili yoxmuş,
Məni yanar oda salmış.
Bu sevdanın sonu yoxmuş,
Gəlmirsən gülüm, niyə?
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh