Əsgər marşı

Mus: Cavanşir Quliyev

Vətən bizi yetişdirb,
Bu ellərə yolladı.
Bu torpağa qurban deyib,
Allaha ismarladı.
Boş oturma, çalış dedi.
Xidmət eylə Vətənə.
Südüm sənə halal olmaz,
Sən baş əysən düşmənə.

Marş irəli! Marş irəli!
Azərbaycan əsgəri.
Dönməz geri, dönməz geri,
Azərbaycan əsgəri.

Yastığımız Vətən daşı,
Buludlar yorğanımız,
Gül bağına girər kimi,
Döyüşlərə girək biz.
 
Ölər olsaq torpağınıq.
Qalar olsaq Vətənin.
Vətən, bizim gözümiizsən,
Qoruyarıq biz səni.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh