Əylən, gəlin ( Xalq mahnısı )

Ay gəlin, evlər ayrıdır,
Əylən, gəlin, əylən, gəlin,
Bizim elin adətini, öyrən, gəlin.

Ay bu gecə Ay doğacaq,
Əylən, gəlin, əylən, gəlin,
Ay bacılar oynayacaq, öyrən, gəlin-.
Ay ata evi dar olar,
Əylən, gəlin, əylən gəlin.

Ay qaynanalar kar olar, öyrən, gəlin.
Ay qayğına qalmasalar.
Əylən, gəlin, əylən, gəlin.
Ay sənə baxan yar olar, öyrən, gəlin.
Ay gəlin var işsiz durar.
Əylən, gəlin, əylən, gəlin.
Ay gəlin var evlər qurar, öyrən, gəlin.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh