Bülbüllər oxur ( Xalq mahnısı )

Bülbüllər oxur,
Cəh-cəh vurur,
bağda gül üstə.
Ay oğlan, boyu bəstə,
Gəl, əyləş çəmən üstə,
Sən inəndən könül istə,
Mən deyim: «gözüm üstə».

Bəh-bəh, nə gözəl
Candır, məgər sərvi-rəvandır,
Oğlan, getmə amandır.
Məni başına dolandır,

Üzün qoy üzüm üstə,
Əcəb yaxşı zamandır.

Altında boz at,
Çiynində tüfəng, belində qatan,
Ay oğlan, sən Tanrı, dolan gəl bizə san.
Gələrsən qadan allam,
Gedərsən yola sallam.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh