Deyin mübarək olsun! (Xalq mahnısı)

Deyin mübarək olsun,
Bu toy mübarək olsun.
Gəlin getdiyi yollar,
Gül olsun, çiçək olsun.

Ulduz gəlin, Ay gəlin,
Yoxdur sənə tay, gəlin.
Bu gün sənin toyundur,
Nazik yuxa yay, gəlin.

Ay gəlin, özün gəlin,
Gözlərəm, özüm gəlim.
Sevinsin el, obası,
Gözəldi bizim gəlin.
 
Dəryadan keçdim, gəldim,
Suyundan içdim, gəldim.
Gözəllərin içində,
Yarımı seçdim, gəldim.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh