Keçmə məndən ( Xalq mahnısı )

Mən aşiq keçmə məndən.
Çay məndən, çeşmə məndən.
İnanma hər sözə sən.
Yazığam, keçmə məndən.

Nəq:

Bu dərd məni təng eylər, sevgilim,
Vurar başa, dəng eylər, sevgilim.
Eşq aşiqi öldürməz,
Saraldar, bədrəng eylər.

Bağa girsən, bar məndən,
Heyva məndən, nar məndən. .
Bilmirəm nə demişəm.
İnciyibdir yar məndən.

Mən aşiqəm üzünə,
Buna sənin sözün nə?!
Sən məndən əl üzmədin,
Baxdın özgə sözünə.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh