Kimə yalvarım ( Xalq mahnısı )

Gözləri göyçəkdi, boyudu bəstə,
Dili badam içi, dodağı püstə,
Hər nə desə, cümləsi gözüm üstə.

Nəq:

Aşiqəm, kimə yalvarım?
Mən neynirh, kimə yalvarım?

Qoşa-qoşa xallan var üzündə,
Vəsmə qaşda, sürməsi var gözündə,
Şəhdü-şəkər söhbətində, sözündə.
 
Ürəyimdə sözüm çoxdur, sevgilim,
Bir yaxın gəl, sirrim sənə söyləyim,
Gözüm gördü, könlüm sevdi, neyləyim?!.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh