Azərbaycan xalq mahnısı “Ağacdan alma”

Ağacdan alma

Ağacdan alma dərrəm, sataram,
Bir saçı burma hardan taparam?
Ağacdan püstə dərrəm, sataram,
Bir boyu bəstə hardan taparam?

Nəqərat:
Ay haray, yar əlindən!
O qara gözlərindən (tellərindən)!
Əgər izin versən, gülüm,
Öpərəm gözlərindən.

Bağlarda çiçək dərrəm, sataram,
Bir üzü göyçək hardan taparam?

Gəmi gələndə verir fitini,
Asimana gedər onun tütünü.
Mən neynirəm sənin kimi birisini?
Ay ölləm, ölləm belə, yar,
Belə-belə, yar, yar!
Bu gecə gəlləm sizə, yar,
Sizə belə, yar, yar!




İfa: Brilliant Dadaşova

 

0 şərh