Yığım

Bazar iqtisadiyyati şəraitində adətən ailə gəlirləri xərclərindən az olur. Yığım anlayışı dedikdə gəlirin mal və xidmətlərin alınmasına xərclənməyən hissəsi başa düşülür. Ödənilən vergilər yığımlara aid edilmir. əlbəttə ki əhalinin hər biri yığım toplamaq iqtidarında deyildir. Bəzi ailələr sadəcə pul yığmaq istəmirlər. bu cür ailələrə cavan ailələri missal göstərmək olar. Ilk vaxtlar onlar adətən vəsait qıtlığı çəkirlər çünki ev yaxud başqa bir daşınmaz əmlak almaq üçün onlar borc alır yaxud banklardan kreditlər əldə edirlər. gənclərin əksinə olaraq yaşlılar öz gəlirlərindən daha artıq xərcləyirlər. Yaşlıların gəlirləri xərclərindən onların ömür boyu topladıqları toplamış olduqlarını xərclədikləri üçün böyük deyil, sadəcə pensiyalarının çox kiçik olmasında irəli gəlir.Makroiqtisadi nöqteyi nəzərdən baxsaq yığım edən ailələr yığım toplamayanlardan sayca daha çoxluq təşkil edir. Bizim olkəmizdə yığım mövzusuna kifayət qədər diqqət ayrılmamışdır. Indi isə biz, yığımın makroiqtisadi aspektdəki problemlərini dərk edirik.

Bazar iqtisadiyyatına keçid yığımların ölkə iqtisadiyyatında oynadığı rolu yenidən dəyərləndirmək lazımdır. Sərbəst vəsaitləri yalnız yığmaq şərt deyildir. Yığımların əksi investisiyalardır. Yığmaq xərclərə müəyyən məhdudiyyətlərin qoyulmasıdır. Insanların hansı səviyyədə yığım toplamasında asılı olaraq cəmiyyət öz vəsaitlərini kapitala yönləndirir.Bu halda dəyərin artırılması üçün yığımların səmərəliliyin təmin edilməsi vacibdir. Bu şərtlərə əməl edilmədikdə əhalinin yığımlara olan həvəsi azalır. Investisiya gəlir əldə edilməsi məqsədilə pul vəsaitlərinin hır hansı bir sahəyə qoyulmasıdır. Yığımların investisiyalaşdırılması müxtəlif formalarda ola bilər: birbaşa vəsait qoyuluşu (aksiya, obliqasiya) daşınmaz əmlakın, dövlət qiymətli kağızlarını alınması, banklara depozitlərin qoyulması və.s

Əhali yığımının başlıca motivi hər kəsə məlumdur: gözlənilməz vəziyyətlər üçün ehtiyat, bahalaı mal almaq üçün pul yığmaq, faiz formasında gəlir əldə etmək, ya da bəlkə sadəcə ürək rahatlığı üçün.

Əhalinin cari yığımları fasiləsizdir. Onlar hələ lap qədimdən mövcud olmuşdur və bu gün də qalmaqdadır. Bu da onun makroiqtosadi səviyyədə əsl mahiyyətinə varmağa imkan vermir. Buna görə də inflyasiya prosesində əhali yığımlarının rolunu aydınlaşdırmağa tələb yaranır.

Hazırda yığım dedikdə, loru dillə desək, əhaılinin sonraya saxladığı müəyyən məbləğ pul vəsaiti başa düşülür. ədəbiyyatlarda yığıma konkret tərif hələ də mövcud deyildir.

Dövlət stasitika Komitəsi yığımı əhali gəlirlərinin analiz edilən dövrdəki miqdarı ilə cari xərcləri arasında fərq kimi izah edir. Belə yanaşma çox sadədəir, belə ki burada sadə riyazi hesab aparılır, amma yığımın əsl iqtosadi mənası aydınlaşdırılmamış qalır. Müasir iqtisadi nəzəriyyədə yığıma bir neçə yanaşma mövcuddur:

· Birincisi yığım dedikdə əhalinin bu gün gələcəkdə xərcləməyi nəzərdə tutduğu vəsait başa düşülür. Burada cari tələbatların, gələcək tələbatlar uğrunda “qurban edilməsi” prosesi baş verir. Burada əsas prinsip belədir: insan yalnız və yalnız o zaman yığım edir ki, o əmindir ki, gələcəkdə bu yığığmin gətirəcəyi fayda indi gətirə biləcəyindən daha çoxdur. əslində burada “cari” və ”gələcək ” anlayışları şərtidir və əsasən onların sərhəddi cari gəlirlərin əldə edilməsi müddəti ilə müəyyən edilir. Iddia eləmək olar ki, “Cari” elə bir dövr hesab edilir ki, vahid zaman kəsiyində gəlirin həcmi və gəlirin istehlak dəyəri vahidi daimi qalır, ona gorə də, individium istehlak gəlirini mövcud periodda sərf eləmək ehtiyacı duymur. Başqa bir məsələ isə “gələcəkdir”. Burada, nəzəri baxımdan gəlirin həcmi azalır, lakin gəlirin faydalılıq həddi artır. Yuxarıda deyilən prinsipi sadələşmiş şəkildə bu cür ifadə etmək olar:

1000 manat stabil əmək haqqı olan bir çəxs üçün bu gələrini dəyəri, az məbləğdə pensiya alan bir yaşlı adama nisbətən daha aşağıdır. Ona görə də bu dövrdə həmin 1000 manatı yığmaq gələcəkdə pensiyaya çıxan zaman istifadə edə bilmək üçün lazımdır.

· İkincisi: yığım dedikdə iqtisadi subyektin gəlirindən bu gün istifadə eləmək gələcəkdə istifadə edəcəyi məbləğ başa düşülür. Üç növ iqtisadi subyekt mövcuddur: əhali, müəssiə və dövlət. Buna uyğun olaraq üç növ yığım meydana çıxır: əhali yığımları, müəssisələrin yığımları, dövlət yığımı. Bir qayda olaraq əhali investisiya resusrslarının əsas tədarükşüsü kimi çıxış edir. əhali yığımlarının mobilləşdirilməsi maliyyə vasitəçiləri üçün uğurlu fəaliyyət üçün vacib şərtdir. Cari dövrdə istifadə olunmayan gəlirlər 3 əsas formaya malik olur: kommersiya banklarına və qiymətli kağızlara yatırım, valyuta yığımı, əldə olan pul qalığı. Verilən formalar, təcililik, mobillik və investisiyaya transformasiya edilə bilmə qabiliyyətinə görə fərqlənir.

Həmçinin yığmı, gəlirdən vergilərin ödəniləmsindən sonra qalan və istifadə edilməyən hissəi kimi də müəyyən eləmək olar. Yəni, yığım, bir il ərzində toplanan, vergi kimi ödənilməyən, istehlak mallarının alınmasına sərf edilməyən, bank hesablarına yaxud obliqasiyaların, çeklərin və digər qiymətli kağızların sığortasına qoyulan gəlir kimi başa düşülür. Bütün bunlardan çıxış edərək demək olar ki yığım yığımın mahiyyəti ondan ibarətdir ki, o, əhalinin ehtiyaclarını təmin edən mal və xidmətlərin toplusudur.

 

 

0 şərh