Bankların aktiv-passiv əməliyyatları

Əmanət banklarının aktiv əməliyyatlarına gəlir əldə etmək məqsədilə bankın çəxsi və cəlb edilmiş,qoyulmuş vəsaitlərinin yerləşdirilməsi başa düşülür. Aktiv əməliyyatlar içərisində ən böyük pay ssuda və investisiya verilməsinə düşür.
Kredit əməliyyatlarına baxaq. Ssuda götürənlər qismində hüquqi və fiziki şəxslər çıxış edir. Əmanət bankı əsasnaməyə uyğun olaraq, kreditləri investisiya fəaliyyəti üçün verir. Kredit protfeli formalaşdırılan zaman prioritet kimi, aksionerlərin və borcalanların hesablaşma və cari hesabları istifadə olunur. Bank tərəfindən verilən kreditlər borclunun vəsaitə olan tələbinin uçotuna, pulun vaxtında qaytarılmasını təmin edən təminata əsaslanır
Bank kreditləri öz vəsaitləri çərçivəsində verir, yerləşdirilmiş və cəlb edilmiş vəsaitlərin həcminə və vaxtına görə balanslaşdırılmasını həyata keçirir.
Verilən kreditlərin növləri. Kreditlər kredit iştirakçıları (əhali, hüquqi şəxs), müddət, təminat xarakteri və s. Səbəblərdən asılı olaraq dəyişə bilir.
Əhalinin kreditləşməsi zamanı ssudalar aşağıdakılara bölünür:
a) Təxirə salınmaz ehtiyaclar üçün (nəqliyyat vasitələrinin, qarajın, bahalı ev-məişət əşyalarının vəs. Istehlak mallarının alınması, )
b) Tikinti və daşınmaz əmlakın rekonstruksiyası işlərinin aparılması üçün (ev, yaşayış binaları, bağ evləri, torpaq sahələri)
Hüquqi şəxslərin kreditləşməsi zamanı:
a) Müəyyən kontraklar üzrə borcalana təqdim edilən mal və xidmətlər;
b) Dövriyyə vəsaitləri bütövlükdə
c) Təskilatın – borclunun – işçilərinə verilən əmək haqqı;
d) Qiymətli-kağızlar
e) Yaşayış və kommersiya tikililəri.
əhalinin kreditləşdirilməsi zamanı kredit məbləğində müəyyən məhduddiyyətlər qoyulur. Məsələn:obyektlərin tikintisi və rekonstruksiyası üçün – 60 min ABŞ dolları, təxirəsalınmaz xərclər üçün – 10 min ABŞ dolları. Kreditdən istifdə müddəti isə müvafiq olaraq 10 il və 3 ildir.
Əmanət banklarının passiv əməliyyatlarının xarakteri və ölçüsü aşağıdakılarla şərtlənir:
— əmtəə-pul münasibətlərinin inkişaf səviyyəsi;
— Bank təşkilatlarının xarakteri və nəğdsiz hesablaşma sistemi;
Bu əməliyatlar elə qurulmalıdır ki, bankların gəlirləri xərclərindən çox olsun, yəni əməliyyat rentabelli olsun. Bankarlın rentabelliyinə banklar arasındakı rəqabət əsaslə təsir edir, bu bir tərəfdən müxtəlif bankalrda gəlir səviyyəsinin bərabərləşməsinə, digər tərəfdən də az ödəniş müqabilində müştərilərin hər birinə xidmət göstərilməsini təmin edir.
Əmanət banklarının passiv əməliyyatlarına daxildir: xüsusi kapitalın formalaşdırılması, əhalinin və müəssisələrin yığımlarının toplanması və saxlanması, dövlət qiymətli kağızlarının, depozit və əmanət sertifikatlarının və digər qiymətli kağızların satışı.
Passiv əməliyyatlar banklar tərəfindən vəsaitlərin cəlb olunması və onun resurslarının formalaşması üzrə əməliyyatlardır. Banklardan passiv əməliyyatları nəticəsində onların resursları formalaşır. Kommersiya banklarının resursları iki mənbədən ibarətdir:
a) şəxsi (xüsusi) vəsaitlər;
b) cəlb olunmuş vəsaitlər.
Xüsusi vəsaitlərin tərkibinə səhmdar kapital, ehtiyyat və digər fondlar, bölüşdürülməmiş mənfəət və digər mənbələr daxildir. Bankın xüsusi kapitalı onun fəaliyyətinin birinci günündən əsaslandığı dayaq rolunu, həmçinin onun, sonuncu müdafiə xətti rolunu oynayır. Passiv əməliyyatların tərkibində aşağıdakı əsas qrupları almaq olar:
1)Hüquqi və fiziki şəxslərdən əmanət və depozitlərin (tələbolunanadək, müddətli və s.) qəbulu, hüquqi şəxslərə hesablaşma, cari və digər hesabların açılması və aparılması;
2)Kommersiya bankalarından və Mərkəzi bankdan kreditlərin alınması (banklararası kreditlər);
3)Qiymətli kağızların emissiyası (depozit sertifikatları, vefsellər və s.)
Dünya bank təcrübəsinə əsasən cəlb olunmuş vəsaitlər toplanma üsuluna görə 2 qrupa bölünür –
1) depozit
2) depozitdən kənar vəsaitlərə bölünür.
Banklar tərəfindən cəlb olunmuş vəsaitlər, depozitlər, onunla bağlı əməliyyatlar isə depozit əməliyyatları adlanır. Depozit – müəyyən məqsədlə və ya saxlanmaq üçün kredit təşkilatına verilən pul vəsaiti və qiymətli kağızlardır. Iqtisadi məzmununa və istifadə müddətlərinə görə depozitlər iki qrupa ayrılır:
1) Tələbolunanadək depozitlər
2) müddətli depozitlər
Tələbolunanadək depozitlər onun sahibi tərəfindən bank hesablarına köçürülən və onun sahibinin ehtiyac yarandıqda tələb etdiyi depozit formasıdır. Müddətli depozitlər hesablara köçürülərkən müəyyən edilmiş müddət ərzində bank hesablarında saxlanılan vəsaitlərdir.
Depozitlər sahiblərinin kateqoriyalarına görə 2 qrupa ayrılırlar:
1)fiziki şəxslər
2)hüquqi şəxslər.
Bundan başqa depozitlər müddətinə görə bölünürlər: qısamüddətli-1 ilə qədər, ortamüddətli- 1 ildən 3 ilə qədər və uzunmüddətli 3 ildən artıq. Banklar tərəfindən pul vəsaitlərinin cəlb edilməsinin vasitələrindən biri də bank sertifikatlarının emissiyasıdır. Sertifikat emitent bankın benefisiar bankdan pul vəsaitlərinin alınmasını yazılı təsdiq edən sənəddir. Banklar tərəfindən pul vəsaitlərinin cəlb edilməsinin vasitələrindən digəri veksellərinin emissiyasdır. İri banklar pul resurslarının cəlb edilməsinin səmərəli metodu, üsulu kimi səhm emissiyasından istifadə edirlər.
 

0 şərh