Əmanət əməliyyatları

Bank tərəfindən depozit və əmanət əməliyyatlarının aparılması depozit və əmanət hesablarının açılması ilə əlaqədar olmuşdur.
Əmanət (depozit) hesabı – bu hesabda müştərinin banka müvəqqəti saxlamaq üçün verdiyivəsaitləri saxlanılır. Bütün bank əmanətləri aşağıdakı kimi təsnifləşdirilir:
1. Əmanətçi kateqoriyasına görə:
  • · Hüquqi şəxslərin depozitləri;
  • · Fiziki şəxslərin əmanətləri
2. Əmanətlərin götürülməsi formasına görə:
  • tələbolunandək əmanətlər – bu əmanətlər müştəri tərəfindən bankı xəbərdar eləmək məcburiyyəti olmadan istənilən vaxt əmanətini götürə bilməsidir.
  • təcili əmanətlər – bank tərəfindən müəyəən müddət üçün cəlb edilmiş vəsaitlər;
  • şərti əmanətlər – bu əmanətlər əvvəlcədən danışılmış şərtlər əsasında götürülə bilən əmanətlərdir;
  • qeyri-standart əmanətlər — əmanətlərin yeni növüdür, bunları yuxarıdakılardan heç birinə aid eləmək olmaz.
Depozitlərin xüsusiyyəti onun ikiqat gəlir gətirmək qabiliyyəti ilə bağlıdır: bir tərəfdən bank vəsaitlərin müvəqqəti istifadə edilməsi üçün faiz verir ki, bu da müştərilər gəlir gətirir; başqa tərfədən bank bu vəsaitləri qəbull etməklə onları yerləşdirərək özü gəlir əldə edir. Uyğun olaraq, bank topladığı vəsitlərdən nə qədər çox gəlir götürməyi planlaşdırırsa o qədər də çox faiz ödəməyi qəbul edir.
Tələb olunanadək əmanətlər. Tələbolunanadək əmanətlərə daxildir: əhalinin tələbolunanadək əmanətləri,hüquqi şəxslərin hesablaşma hesabı (təcili hesablaşma hesabından başqa), “Laro” hesabı. Bütün sadalanan əmanətlərin əsas vəzifəsi cari hesablara xidmət etməkdir,ki, bu da hesab sahibin istənilən vaxt vəsaitini geri götürmək imkanı olduğunu ifadə edir. Uyğun olaraq onlar bank uçun kiçikmüddətli reusur hesab olunur, belə ki, bank tələbolunanadək əmanətləri uzunmüddət üçün yatirim edə bilmir və müvafiq olaraq da bu əmantlərdən böyük gəlir gözləmir.
Depozitin ikiqat gəlir gıtirməsi fikrindəm çıxış etsək, belə nəticəyə gəlmək olar ki, tələbolunanadək əmanətlər üçün verilən mükafat məbləği minimum olur. Dünya praktikası göstərir ki, əhalinin tələbolunanadək depozitləri üçün, normal iqtisadi şəraitdə fazi dərəcəsi 0,5-2% -dən çox olmur.
Təcili əmanətlər. Təcili əmanətlər – bu müəyyən edilmiş müddətə əhali tərəfindən banka qoyulan vəsaitdir.
Təcili əmanətlər bölünür:
  • Xüsusi təcili əmanətlər;
  • Xəbərdarlıqlı təcili əmanətlər;
Xüsusi təcili əmanətlər – bu təcili depozitlərdir. Banka təyin edilmiş müddətə, əmanət sazişi və ya əmanət danışıqları əsasında verilir.
Təcili depozitlərin klassik şərtləri kimi aşağıdakılar göstərilir:
  1. Depozit məbləği;
  2. Müddət, bu müddət bitdikdən sonra bank müştəriyə mükafat verir;
  3. Faiz dərəcəsi, bu əmanət üzrə veriləcək mükafatı hesablamaq üçündür. Depozitinin ikiqat gəlir gətirməsi xüsusiyyətini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, əmanət müddəti nə qədər uzun olarsa ona uyğun veriləcək mükafat məbləği də bir o qədər çox olacaqdır.
  4. Müddət başa çatdiqdan sonra müştərinin öz vəsaitini alması şərti;
  5. Təyin edilmiş müddət bitdikdən sonra depozit müddətinin uzadıla bilməsi şərti;
Resurslardan istofadəni daha etibarlı edə bilmək üçün bank öz müştərilərin təklif edir ki, onlar qabaqcadan xəbərdarlıq edilmək şərti olan, təcili depozit hesabı açdırsın. Klassik şərtlərdən başqa belə depozit onu nəzərdə tutur ki, müştəri əmanətini və əmanətinə gorə mükafatı yalnız o vaxt geri goturə bilər ki, o bankı əvvəlcədən xəbərdar eləmiş olsun. Həmçinin vəsaitlərin xəbərdarlıqsız götürülmə imkanları da müzakirə edilir. Xbərdarlıq müddətinin uzadılması alınacaq mükafatın da çox olmasını bildirir.
Hüquqi şəxslərin depozitlərinin xüsusiyyətləri. Müştərinin hesablaşma hesabında büdcəyə edilməli olan bütün növ ödənişlər üçün vəsait çatışmadıqda bu ödəniş depozit hesabındakı vəsaitlə həyata keçirilir.
Hüquqi şəxslərin təcili depozitlərdən əldə etdikləri gəlirdən, gəlir vergisindən tutulan faiz qədər vergi tutulur.
Şərti əmanətlər. Şərti depozit – müştəri tərəfindən, banka müvəqqəti istifadə üçün, müddəti başa çatanadək verilən əmanətlərdir. Bu növ depozitin xüsusiyyəti ondan ibarətdir ki, bütün şərtlərə əməl olunana kimi, depozitləri yalnız o zaman əldə etmək olar ki, minimal mükafat verilsin. Faktiki və bank tərəfindən istifadə edilmə müddətindən asılı olmayaraq. Şərti depozitlər bir qayda olaraq fiziki şəxslər üçün açılır.
Əmanətlərin qeyri-standart formaları . Qeyri – standart əmanətlər üçün klassik şərtlərlə yanaşı müəyyən əlavə şərtlər də qoyulur.
Qeyri-standart əmanətlərə daxildir:
  • NAU- hesab
  • Xidməti müddətə əmanət
  • Müştərinin kreditləşməsini nəzərə alan əmanət
  • Proqressiv fazi dərəcəli əmanət
  • Faizinin əvvəldən ödəndiyi əmanət
 

0 şərh