Əhalinin kreditləşməsi

Qeyd etmək lazimdir ki, kreditləşmə prosesi bankın keyfiyyətli və yüksək gəlirli kredit portfelinin təşkilində bank üçün ciddi bir işdir. Dəqiq təşkil edilmiş kreditləşmə prosesi kredit riskini minimuma endirməyə imkan verir. Bank fəaliyyətində bütün risklər bir-birilə six surətdə əlaqədardir. Ancaq kredit riski bank fəaliyyətindəki bütün risklərin meydana çixmasına təkan verən amildir. Ona görə bankın sağlam fəaliyyət göstərməsi bilavasitə kredit prosesinin düzgün təşkilindən asilidir.
Kreditləşmə prosesini iki mərhələyə bölmək olar. Birinci mərhələdə kreditin verilib-verilməməsini müəyyən etmək üçün müştərinin təqdim etdiyi kredit ərizəsi dəqiq təhlil edilir. Bundan sonra bank ilə müştəri arasında kredit münasibətinin tənzimlənməsi üçün kredit müqaviləsi imzalanır. Kreditləşmə prosesinin birinci mərhələsi məsuliyyətli mərhələ sayilir. Belə ki, bank bu mərhələdə kredit riskinin yaranmasinin qarşisini almaq imkanina malikdir.
Kreditləşmə prosesinin ikinci mərhələsində bank verilmiş kreditin məqsədli istifadə edilməsi üçün borc alanin cari fəaliyyətinə nəzarəti həyata keçirir. Banklar kreditləri, hüquqi şəxslərdə olduğu kimi, fiziki şəxslər arasında da təminatliliq, qaytarilmali, müddətlilik, ödəncilik prinsipləri əsasında yerləşdirirlər.
Fiziki şəxslərin kreditləşdirilməsinin ölkə iqtisadiyyatinın inkişafındaki rolu olduqca mühümdür və bu rol daim artmaqdadir. Əhalinin kreditləşməsinin artirilmasi istehlakçilarin ödəniş qabiliyyətini artirmaqla ilk növbədə ölkədə, istehsal olunmuş məhsulların tez satilmasına, əmtəə dövriyyəsinin sürətlənməsinə, makroiqtisadi səviyyədə inflyasiyanın və işsizliyin səviyyəsinin minimuma endirilməsinə, istehsalın inkişafına, son olaraq milli gəlirin artmasına müsbət təsir göstərir. Beb ki, müəssisə, firma, təşkilat istehsal və ya təklif etdiyi məhsul və xidmətlərin reallaşdirilmasıni sürətləndirir və istehsalın inkişafında fasiləsizlik prosesini yaratmiş olur. Bu da yiğilan vergilərin və son nəticədə dövlət büdcəsinin gəlirlərinin artmasına müsbət təsir göstərmiş olur. Digər tərəfdən əhalinin kreditləşdirilməsi (ipoteka krediti) ölkədə mənzil probleminin həllinə də müsbət təsir göstərmiş olur. Qeyd etdiyimiz kimi, xarici bank təcrübəsində əhaliyə verilən kreditin növlərindən biri də təhsilə verilən kreditdir. Daha sonra əhalinin kreditləşdirilməsinin ölkənin sosial probleminin həllində rolu da danılmazdir. Belə ki, əhali istehlak və ipoteka krediti vasitəsilə özünün istehlak xarakterli ehtiyacıni ödəməklə ölkənin iqtisadi və sosial inkişafıni yaxşilaşdirmiş olur.
Inkişaf etmiş ölkələrdə banklar tərəfindən fiziki şəxslərə verilən kreditlər arasinda ən çox yayilani istehlak və ipoteka kreditidir. Bu növdə kreditlər banklara gəlirlərini artirmağa imkan verir. Istehlak krediti kreditləşmə nin ən sərfəli növlərindən biridir. Ona görə də istehlak kreditinin istər-istəməz gələcəkdə bankların və bank xidmətlərinin idarə edilməsində mühüm rol oynayacaği danilmazdir. Bu növ kredit əhalinin istehlak tələblərinin təmin edilməsinə istiqamətlənib. O, əmtəə və pul formasma malikdir.

Istehlak krediti bahali və riskli xarakter daşimaqla iqtisadi vəziyyətdən, istehlakçının gəlirlərindən və təhsilindən bilavasitə asilidir. Istehlak krediti üzrə müəyyən olunmuş faiz dərəcəsi digər bank kreditləri ilə müqayisədə yüksək olur. Bunu ilk növbədə istehlak kreditinin "pərakəndə" xarakter daşimasi ilə izah etmək olar. Lakin dünya və yerli bank təcrübəsinə əsaslanaraq qeyd etmək ölar ki, əhali tərəfmdən istehlak tələbatini ödəmək üçün həmişə bank kreditinə ehtiyac duyulur. Istehlak krediti də qisamüddətli və uzunmüddətli olmaqla iki yerə ayrılir. Istehlak məqsədi üçün verilən kreditləri birbaşa və dolayi kreditlərə bölmək olar. Birbaşa kreditləşmə zamani müqavilə bir-başa bank və müştəri arasında bağlanilir. Dolayi istehlak krediti zamani isə bank və müştəri arasında digər bir təşkilat vasitəçilik edir. Belə təşkilatlara misal olaraq ticarət müəssisələrini, mağazalari, firmalari və s. Misal göstərə bilərik. Bu zaman kredit müqaviləsi müştəri ilə vasitəçi təşkilat arasında bağlanilir. Ssuda isə bankdan alinir. Qeyd etmək lazimdir ki, inkişaf etmiş ölkəbrin bank təcrübəsində banklar dolayi istehlak kreditindən geniş istifadə edirlər. Çünki kreditləşmənin bu növü banklara hər şeydən əvvəl risklik səviyyəsini aşaği salmağa imkan verir. Inkişaf etmiş ölkələrdə son dövrlər katerlərin və avtomobillərin (avtomobilin dəyərinin 10 %-i əvvəlcədən ödənməklə 23 ilə, bəzən də, məsələn, Böyük Britaniya kimi ölkədə 5 il müddətinə verilir) əldə edilməsi məqsədilə verilən istehlak krediti geniş yayilmişdir.
ABŞ və digər qərb ölkələrində istehlak kreditinin istifadəsini tənzimləyən xüsusi hüquqi norma və qaydalar mövcuddur. Məsələn, ABŞ-da mövcud olan belə qaydalardan biri bank tərəfindən müştərinin kredit qabiliyyətinin müəyyən edilməsində əsas meyarlari müəyyən edir. Yəni müştərinin kredit qabiliyyəti bank sistemi vasitəsilə qiymətləndirilərkən müştəri haqqında informasiyanın bank tərəfindən necə istifadə olunmasi, müştəri haqqında hansi informasiyanın bank tərəfindən tələb oluna bilməsi və s. bu qaydada öz əksini tapmişdir. Banklar qanun çərçivəsində müəyyən edilən qaydada qaynaqlari çeşidli aktivlərə yerləşdirir və qarşiliğında gəlir əldə edərlər. Banklar fondlarini istifadə edərkən, üç önəmli nöqtəyə diqqət edərlər.
Bunlar:
güvənli (riski minimum);
likvidliyi (təhlükəsiz müddət);
gəirlilik (gəlirlilik maksimum).

Bu üç önəmli məsələnin həlli üçün müəyyən bir müddəti əhatə edər və bu müddət içində bir neçə amillər diqqətə alinir.
Kredit tələblərinin dəyərləndirilməsi. Kreditəşdirmə, banklar baximından mənfəətli, mənfəətli olduğu qədər də riskli bir funksiyadir. Şübhəsiz, verilən hər bir kredit, dəyişik ölçüdə də olsa bir risk ünsürü daşiyir. Kreditləşdirmə zamani riskə təsir edən amillər:
l. Gələcəyin sağlam şəkildə təhmin edilməməsi;
2, Təbii fəlakətlər (yanğim, su basqini, zəlzələ və s.);
3. Kredit alan firmanm istehsal etdiyi mal və xidmətlərə qarşi istehlakçiların tələbində dəyişmələr və.s.

 

0 şərh